13:15 18.08.2021 786

Münəccimin proqnozu: Eyni gücdə 4 komanda - Kimin qələbəsinə inanaq?

Bu gün Bakı vaxtı ilə saat 23:00-da  UEFA Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində 3 oyun keçiriləcək. "Malmö" "Ludoqorets"i, "Benfika" PSV-ni, "Yang Boyz" isə "Ferentsvaroş"u qəbul edəcək.

Proqnoz vermək üçün İsveçdə baş tutacaq "Malmö" - "Ludoqorets" və Portuqaliyada keçiriləcək "Benfika" - "PSV" oyunlarını seçmişik.

"Malmö"

İsveç təmsilçisi son turda Şotlandiya çempionu "Reyncers" kimi ciddi bir maneəni aşaraq  (İki oyunun nəticəsinə görə 4:2 hesabı ilə qalib gəlib) növbəti mərhələyə keçidini reallaşdırıb.

Yon Dal Tomassonun (Jon Dahl Tomasson) yetirmələri daxili çempionatda ikinci yerdədirlər. 

Komanda keçirdiyi son 5 oyunun  2-ni məğlubiiyyətlə, 2-ni qalibiyyətlə, birini də heç-heçə ilə başa vurub.

"Malmö"-"İFK Malmö" 1:2
"Malmö"-"Rencers" 2:1
"Halmstad"-"Malmö" 0:0
"Rencers"-"Malmö" 1:2
"Malmö"-"Göteborq" 2:3

"Ludoqorets"

"Ludoqorets" Yunanıstanın "Olimpiakos" klubunu əvvəlki mərhələdə penaltilər seriyasında məğlub edib və ardıcıl 10 oyundur məğlubiyyətin nə olduğunu bilmir. Komandanın əsas hücumçusu Kiril Despodov sarı vərəqələrin sayına görə bu gün meydana çıxa bilməyəcək.

Klubun keçirdiyi son 5 görüş:

"Lokomotiv Plovdiv"-"Ludoqorets" 1:3
"Ludoqorets"-"Mura" 3:1
"Ludoqorets"-"CSKA 1948 Sofia" 3:0
"Olimpiakos"-"Ludoqorets" 1:1
"Ludoqorets"-"Olimpiakos" 2:2 (pen. 4:1)

Proqnoz

Hər iki klub əvvəlki mərhələlərdə yaxşı çıxış edib və sonuncu turda çətin rəqiblərinə məğlubiyyət yaşadıblar. Komandalar güclü hücum xətti ilə seçilir və qol şanslarından maksimum istifadə edirlər. "Malmö" son iki oyunun hər birində 2 qol vurub. "Ludoqorets"də bol qollu oyunlar keçirməyə meyllidir. Münəccim hesab edir ki, oyun qarşılıqlı hücumlarla keçəcək.

Bunu nəzərə alaraq düşünmədən 2.21 əmsalla oyunda ikidən artıq qol olacağı (2,5 üst) variantını üstün tuturuq.

Təsnifat mərhələsində ev oyunlarını yaxşı keçirən "Malmö" bu gün də doğma divarlar arasında oynayır. Ölkə çempionatında yaxşı start götürüblər və kifayət qədər oyun praktikasına malikdirlər.  

Bu üstünlükləri nəzərə alaraq 1.97 əmsalla meydan sahiblərinin qələbəsini proqnozlaşdırırıq.

Günün maraqlı görüşlərindən biri də Portuqaliyada keçiriləcək. "Benfika" Niderlandın PSV klubunu qəbul edəcək.

"Benfika"

"Benfika" may ayında keçirilən olkə kubokundakı məğlubiyyətindən sora məğlubiyyətin nə olduğunu bilmir. Komanda son 9 oyuna 8 qələbə və 1 heç-heçə edərək inamla addımlayır. 
Jorje Jezuşun (Jorje Jesus) kollektivi təsnifat mərhələsində Moskva "Spartak"ını iki oyununun nəticəsinə görə 4:0 hesabı ilə məğlub edərək yarışdan kənarda qoyub. Portuqaliya Premeyrasında da eyni vəziyyətdir - 2 oyun 2 qələbə. Turnir cədvəlində "qartallar" liderlər siyahısındadır.

PSV 

PSV 2021-ci ilin mart ayından bu yana 17 oyundur uduzmur  və son 6 rəsmi görüşdə qələbə qazanaraq cari mövsümə çox güclü başlayıb. Rocer Şmitin (Roger Schmidt) yetirmələri ötən mərhələdə Türkiyə nəhəngini -  "Qalatasaray" klubunu ümumi 7:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.. Növbəti mərhələdə "Midyulland"ı iki oyunun nəticəsinə görə 4:0 yenərək yarışdan kənarlaşdırıb. 

Superkubok matçında Eindhoven klubu çempion "Ayaks"ı 4:0 hesabı ilə məğlub edib.

Proqnoz

Ötən mövsüm bitəndən sonra hər iki klub olduqca inamlı irəliləyir. Klubların heyətində mükəmməl hücumçular var. Hər iki klub açıq oyuna üstünlük verir. Hesab edirik ki, cavab görüşündə Portuqaliya təmsilçisi səfərdə PSV ilə oyunda çətinlik çəkəcək. Odur ki, məsələni bu gün həll etməyə çalışacaq. Qonaqlar da öz növbəsində rəqibin kim olduğunu gözəl anlayır və meydanda yaranan vəziyyətlərdən maksimum istfadə edəcəklər. Oyun gərgin və qarşılıqlı hücumlarla keçəcək.

Oyunda 2-dən artıq qol olacağı gözlənilir. Əmsal - 1.88

PSV istər səfərdə istərsə də ev oyunlarında cinahlardan topu rahatlıqla cərimə meydançasına kimi gətirib çıxara bilir. Çox güman ki bu gün də həmin ssenarinin şahidi olacağıq. Düşünürük ki, görüş bərabər səviyyədə keçəcək və Niderland təmsilçiləri ən azı məğlub olmayacaqlar.

Alternativ variant PSV klubunun məğlub olmayacağı variantıdır. Əmsal - 2.54.

Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

Facebookdan bizi izləməyi unutmayın.
X