13:10 25.08.2021 514

Zoran Qayiç: "Böyük idman ənənələri olan Azərbaycanda niyə voleybol çempionatı keçirilmir?"

"Azərbaycan millisinin Avropa çempionatındakı çıxışlarını izləyirəm. Görünür ki, komanda daha yaxşı oyun sərgiləyə bilər. Oyunçular kifayət qədər gəncdir və onlardan nəsə gözləmək də düzgün deyil".

Fanat.Az xəbər verir ki, bu fikirləri Serbiyanın Serbiya Voleybol Federasiyasının prezidenti Zoran Qayiç deyib.

Vaxtilə "Rabitə"də çalışmış Qayiç Azərbaycan yığmasının heyətində bəzi aparıcı oyunçuların olmadığını xatırladıb: "Bir sual yaranır, Avropa çempionatı bitdikdən sonra bu qızlar harada oynayacaqlar? Bəli, miksə xaricdə çıxış edəcək, amma bildiyim qədər hazırda Azərbaycanda ölkə çempionatı yoxdur. Gənc oyunçuların inkişafı üçün isə mütləq ölkə çempionatı təşkil olunmalıdır. Böyük idman ənənələri olan ölkədə hazırda Azərbaycan çempionatı niyə keçirilmir? Bütün bunlar oyunçuların inkişafına mənfi təsir edir. Azərbaycan millisini inkişaf etdirmək üçün mütləq çempionatı bərpa etmək və güclü liqa yaratmaq lazımdır. Ən azı 6 komanda olmalıdır. Bir neçə təcrübəli əcnəbi oyunçu da cəlb etmək lazımdır ki, yerli voleybolçular mövsüm boyu onlarla birgə çıxış etsinlər və oyun praktikası qazansınlar".

Funksioner Azərbaycanın voleybol ənənələri olduğunu vurlayıb: "Mən də bir neçə il “Rabitə” klubunda çalışmışam və bu çempionatı görmüşəm. Azərbaycan birinciliyi Avropanın ən güclü çempionatlarından idi. Əlbəttə ki, həmin vəziyyəti qoruyub saxlamaq üçün böyük maliyyə lazımdır. O zaman “Azərreyl”, “Azəryol”, “Lokomotiv”, “Rabitə” avropanın ən güclü klubları sırasında yer alırdı. Həmin illərdə yaxşı təşkilatçılıq var idi. Yığma komandanız da bu illərdə beynəlxalq yarışlarda daha yaxşı çıxış edirdi. Deməli yenidən 6 klub yaradılmalı, yerli oyunçular bu komandalarda yerləşdirilməlidir. Bu komandaları daha da gücləndirmək lazımdır ki, oyunçular da inkişaf etsinlər. Bunu təkcə federasiya edə bilməz. Bu işdə dövlət federasiyaya dəstək verməlidir. Məsələn, Serbiyada qayda belədir ki, federasiya dövlət büdcəsindən maliyyələşir və ümumi nəzarət edir. Ayrı-ayrı klubları isə aid olduqları şəhərlər ve sponsorlar maliyyələşdirir. Federasiya isə lazım olanda həmin komandalara dəstək verir. İlk növbədə klub səviyyəsində yaxşı təşkilatçılıq olmalıdır. Azərbaycan çempionatı keçirilməlidir. Bunsuz milli komandanı formalaşdırmaq çox çətindir".

Federasiya rəhbəri Azərbaycanda işlədiyi dönəmi də xatırlayıb: "Hazırda Avropa Voleybol Konfederasiyasının İdarə heyətinin üzvü, federasiyanın baş katibi Cəlil Cəfərov o zaman "Rabitə" klubunun prezidenti idi. Cəfərovun rəhbərliyi altında klubumuz çox böyük işlər həyata keçirib. Rabitə klubu dünya çempionu olub, bir neçə dəfə ölkə birinciliyinin qalibi adını qazanıb. Sizi inandırım ki, mənə yenə də Cəlil Cəfərovla birgə işləmək və Azərbaycanda bir komandanı idarə etmək təklif olunarsa, düşünmədən qəbul edərəm. Çünki mən bu ölkənin voleyboluna, oradakı təşkilatçılığa bələdəm. Bura mənə çox doğmadır. Bir neçə ildir ki, Serbiya Voleybol Federasiyasının prezidentiyəm. Azərbaycan və Serbiya arasında hər zaman gözəl münasibət olub və inanıram ki, bu münasibət hələ çox davam edəcək. Azərbaycan Voleybol Federasiyasının vitse prezidenti Faiq Qarayevlə, AVF-nin baş katibi Cəlil Cəfərovla çox yaxşı münasibətlərimiz var. Onlar voleybolu çox sevən idman adamlarıdır və hər zaman ölkədə voleybolun inkişafı üçün çalışıblar. İnanıram ki, Azərbaycanın güclü ölkə çempionatı və avropa, dünya səviyyəsində güclü voleybolçuları olacaq".
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

10:31

Azərbaycan millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

10:12

Tuxel "Bayern"də  qalacaq - Yalnız bir tələbi var

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

“Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm" - Brunu Fernandeş

09:00

Alleqri İtaliya futbolunun tarixinə düşdü - Rekord

02:18

"Atletiko"ya Qrizmann təkbaşına qələbə qazandırdı

02:09

PSJ-dən çətin qələbə, "Olimpik Marsel" uduzdu

01:57

İtaliya Kubokunun qalibi bəlli oldu

01:24

"Mançester Yunayted"lə "Çelsi"dən çətin qələbə

15 May 2024
22:44

Ukrayna Kubokunun qalibi bilindi

20:00

Sadio Mane Avropaya qayıdır - Yeni klubu bilindi

19:20

Ərəblər İstanbul nəhənginə fantastik maaş təklif etdi - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X