Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, finalda “Azərreyl” ilə "Murov Az Terminal" qarşılaşıblar.
Bakı İdman Sarayında reallaşan gőrűş yetərincə gərgin alınıb.
İlk setdə “Azərreyl” 29:27 hesabı ilə qalib gəlibsə, nővbəti iki setdə "Murov Az Terminal" üstün olub - 27:25, 25:19. Dördüncü setdə “Azərreyl” istəyinə çatıb - 32:30.
Həlledici, qızıl setdə də daha inamlı gőrűnən (15:13) "Azərreyl" 3:2 hesablı qələbə saysində ölkə çempionluĝunu bayram edib.
Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə "Neftçi" MOİK-ə qalib gələrək (3:0) bürünc medal əldə edib.