17:54 26.08.2021 771

İlham Zəkiyev: \"İndidən konkret nəsə demək istəmirəm\"

Tokio 2020 Yay Paralimpiya Oyunlarının cüdo yarışlarında +100 kiloqram çəki dərəcəsi üzrə ölkəmizi təmsil edəcək İlham Zəkiyev Fanat.Az-a müsahibə verib.

Avqustun 29-da tatami üzərinə çıxacaq ikiqat Paralimpiya çempionu məsul yarış öncəsi əhval-ruhiyyəsindən, püşkün nəticəsindən və  səhhəti ilə bağlı narahatlığından danışıb.

- Məlum olduğu kimi, Ramil Qasımovun koronavirus testinin pozitiv çıxması səbəbindən cüdo komandası atletlər kəndində karantinə alındı. Bu amil Paralimpiada öncəsi əhval-ruhiyyənizə təsirini necə göstərir?

- İlk günlər daha çətin oldu. İndi karantini bir az yumşaldıblar. Məni daha çox yaponların yarış təşkilatçılığı məyus edir. Atletlər kəndində şərait ürəkaçan deyil. Pandemiya isə sadəcə bəhanə olub keçib əllərinə. Yaponların yarış təşkilatçılığında bizdən öyrənməli olduğu çox şey var. Gəldiyimiz gündən indiyə Paralimpiada ab-havası duymamışdıq, Pərvinin bugünkü uğuru hamımızın əhval-ruhiyyəsini dəyişdi. İnanırıq ki, sabah mübarizə aparacaq idmançılar da bizi beləcə sevindirəcəklər. 

- Püşkatmanın nəticəsini necə dəyərləndirirsiniz?

- Fikrimcə, bütün komanda üçün normal püşk oldu. Özümə gəldikdə, ilk mərhələdə üz-üzə gələcəyim Böyük Britaniya cüdoçusu ilə bunadək 4 dəfə qarşılaşıb hamısında da qalib gəlmişəm. Qrupdakı digər idmançı - cənubi koreyalı ikiqat Paralimpiya çempionu ilə bir dəfə görüşmüşəm. 2019-cu ildə Özbəkistanda keçirilən Qran Pri turnirində mənə "vaza-ari" xalı ilə qalib gəlmişdi. Sadəcə, həmin yarışda özümü yaxşı hiss etmirdim.

- Bu dəfə üz-üzə gəlsəniz, vəziyyətin fərqli olacağını düşünürsünüz?

- Özbəkistandakı qarşılaşma aramızda ilk olduğuna görə əsasən kəşfiyyat xarakteri daşımışdı. Orada bir ehtiyatsızlıq görüşün taleyini həll etmişdi. İndidən konkret nəsə demək istəmirəm. Bu, mənim xarakterimə yaddır. Əlimdən gələni edəcəyəm.

- Zədələrinizlə bağlı durum nə yerdədir?

- Zədələrdən çox, səhhətim məni narahat edir. Yüksək təzyiq problemi yaşayıram. Üstəlik, Tokio ilə Bakı arasındakı saat fərqi özünü göstərir. Hələ də vaxta və iqlimə uyğunlaşa bilməmişəm.  Getməmişdən öncə də dediyim kimi, nə olur-olsun, sona qədər mübarizə aparacağam və bir daha sübut edəcəyəm ki, Azərbaycan əsgəri yaralı halda da təslim olmur.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X