Rusiyanın Kazan şəhərində keçiriləcək ilk MDB Oyunlarında boks yarışlarının püşkü atılıb.
Fanat.Az xəbər verir ki, püşkə əsasən, Azərbaycan təmsilçilərinin də rəqibləri müəyyənləşib.
Bu gün Bakı vaxtı ilə 13:00-da start götürəcək boks yarışları 4 gün davam edəcək. Bu gün ilk 1/4 final qarşılaşmaları, növbəti 2 gündə yarımfinal döyüşləri təşkil olunacaq. Sentyabrın 5-də isə final görüşləri baş tutacaq
Qeyd edək ki, 10 ölkənin iştirakı ilə 14-23 yaşlı idmançılar arasında baş tutacaq I MDB Oyunlarının rəsmi açılış mərasimi sentyabrın 4-də keçiriləcək. Oyunlara sentyabrın 11-də yekun vurulacaq.
Oğlanlar
1/4 final
46 kq. Ramal Yolçuyev – Temirxan Daniyarov (Qırğızıstan)
48 kq. Tağı Nəsibov – Vadim Veçerski (Belarus)
50 kq. İbrahim Zeynalov – Muinxon Mavlonov (Tacikistan)
54 kq. Məhəmmədəli Qasımzadə – Farrux Tulaqanov (Özbəkistan)
66 kq. Ziya Həsənov – Vladislav Kuznetsov (Belarus)
Qızlar
1/2 final
48 kq. Aysu İsmayılova – Anita Adişeva (Qazaxıstan)
57 kq. Qızbəs İsgəndər – Rano Muratbayeva (Özbəkistan)
63 kq. Emili Rzayeva – Kristina Qalkina (Rusiya)