Kişi voleybolçulardan ibarət Türkiyə yığması Avropa çempionatında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Nedim Özbeyin çalışdırdığı kollektiv C qrupunun dördüncü turunda Niderlandla üz-üzə gəlib.
Matçın ilk setini aktivinə yazan "ay-ulduzlular sonrakı hissələrdə uğursuzluqla üzləşib - 1:3 (25:22, 25:27, 25:27, 23:25).
Bu, Türkiyə voleybolçularının yarışda ilk məğlubiyyəti olub. Komanda əvvəlki turlarda müvafiq olaraq Rusiya, İspaniya və Şimali Makedoniya yığmalarını üstələyib.
Hazırda qrupda ikinci sırada olan və pley-offa vəsiqəni təmin edən "ay-ulduzlular" son turda Finlandiya ilə qarşılaşacaq
Qeyd edək ki, Polşa, Çexiya, Estoniya və Finlandiyanın ev sahibliyi etdiyi Avropa çempionatına sentyabrın 19-da yekun vurulacaq.
Sahib Əsədbəyli