Azərbaycan millisi ötən gecə seçmə oyunda Portuqaliyaya böyük hesabla (0:3) məğlub oldu.
Fanat.Az xəbər verir ki, Polşanın "Legiya" klubu yığmamızın üzvü Mahir Emrelinin portuqaliyalılarla oyundakı performansını dəyərləndirib.
Varşavalıların rəsmi saytı klubun üzvünün çıxışını normal sayır: "Çərşənbə axşamı dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar baş tutdu. Azərbaycan milli komandası 2016-cı ildə Avropa çempionu olan Portuqaliyanı qonaq etdi ki, "Legiya Varşava"nın hücumçusu Mahir Emreli nın əsas heyətdə yer aldı.
Bakıdakı oyunda "hərbçilər"in snayperi matçın əvvəlindən komanda yoldaşları kimi, müdafiəni təmin etməyə çalışırdı. AÇ-2016-nın qalibi rəqiblərini meydanın özlərinə aid hissəsinə sıxışdırıb topu uzun müddət özündə saxladı. 24 yaşlı hücumçu həmkarlarını müdafiədən dəstəkləməyə çalışdı, bu da ona hücum keyfiyyətlərini göstərməyə mane olurdu. Oyunun əvvəlində Emreli "on nömrə" mövqedə idi, lakin uzun paslarla komandasının hücumlarında fəal iştirak edirdi. Futbolçumuz matçın 62-ci dəqiqəsində əvəzlənərək, yerini Toral Bayramova verdi. Matçı 3:0 hesabı ilə qazanan Portuqaliya isə səviyyəsini ortaya qoydu".
Mirağa