Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) Polşa çempionatında VIII turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, komanda öz meydanında "Yaqelloniya"nı qəbul edib.
Görüş "Visla"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda Krivotsyuk ehtiyat oyunçular sırasında yer alıb. Lakin meydana buraxılmayıb.
Qeyd edək ki, bu görüşdən sonra Plotsk təmsilçisi xal sayını 10-a çatdırıb.