16:46 28.09.2021 499

Parisə hansı cüdoçularımız gedəcək?

Fransanın paytaxtı Parisdə keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turniri üçün millimizin ilkin heyəti məlum olub.

Fanat.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası yarış üçün 8 kişi cüdoçu sifariş edib. Bunlar Balabəy Ağayev (60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov (hər ikisi 66 kq), Hidayət Heydərov, Telman Vəliyev (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauridir (+100 kq).

Qeyd edək ki, Paris "Böyük Dəbilqə" turniri 16-17 oktyabrda baş tutacaq.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X