19:55 02.10.2021 866

DÇ: Abubakrı finala buraxmadılar

Azərbaycan sərbəst güləşçisi Abubakr Abakarov dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 86 kiloqram çəki dərəcəsində yarışan 22 yaşlı idmançımız ABŞ təmsilçisi Deyvid Teylorla üz-üzə gəlib. Abakarov Olimpiya və dünya çempionu rəqibinə 2:6 hesabı ilə uduzub. O, sabah bürünc medal uğrunda görüşə çıxacaq.

Coşqun Əzimovun (74 kq) 1/8 finalda məğlub olduğu Belarus təmsilçisi yarımfinalda uduzduğundan, güləşçimiz "bürünc" şansını itirib.

***16:28

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı start götürüb.

Fanat.Az xəbər verir ki, mundialın ilk günündə 61, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər xalçaya çıxıb. Millimiz bu çəkilərin üçündə təmsil olunub.

61 kiloqram çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov ilk mərhələdə (1/16 final) ukraynalı Yaroslav Xurskiyə minimal fərqlə uduzub - 4:5. Rəqib sonrakı mərhələdə yenildiyindən, idmançımızın "bürünc" şansı da qalmayıb.

Coşqun Əzimov debütdə (1/16 final) inamlı qələbə qazanıb. Həmyerlimiz Keniya güləşçisi Mathayo Mahabilanı cəmi 1 dəqiqə ərzində 10:0 hesabı ilə məğlubiyyətə uğradıb. Ancaq 1/8 finalda belaruslu Azamat Nurikova sonuncu xal prinsipinə əsasən yenilib - 2:2. Yarımfinala vəsiqə qazanan rəqib ABŞ təmsilçisi Kayl Deyki məğlub etsə, güləşçimiz təsəlliverici görüşlərə qatılacaq.

86 kq-dakı təmsilçimiz Abubakr Abakarov 1/16 finalda çətinlik çəkmədən Almaniya güləşçisi Axmet Dudarova qalib gəlib (7:0). Güləşçimiz ardınca Ukrayna millinin üzvü Məhəmməd Əliyevi vaxtından əvvəl xalçadan məyus yola salıb - 13:2. Gürcüstanlı həmkarı Sandro Aminaşviliyə də heç bir şans tanımayan (10:2) Abubakr dünya çempionatının yarımfinalına yüksəlib. Bu mərhələdə o, Tokio 2020 Yay Olimpiya Oyunlarının qalibi Deyvid Teylorla münasibətləri aydınlaşdıracaq.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə 18:30-da başlayacaq.

***10:00

Bu gün Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı start götürəcək. 

Fanat.Az xəbər verir ki, ilk gündə 61, 74, 86 və 125 kiloqram çəki dərəcələrində mübarizə aparan sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Azərbaycan millisi üç çəki dərəcəsində təmsil olunacaq. Yığma üzvlərindən Kənan Heybətov (61 kq), Coşqun Əzimov (74 kq) və Abubakr Abakarov (86 kq) xalçaya çıxacaq.

Görüşlər Bakı vaxtı ilə 12:30-da başlayacaq. Yarımfinal qarşılaşmalarına 18:30-da start veriləcək.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 10-da yekun vurulacaq.

61 kq
1/16 final. Kənan Heybətov - Yaroslav Xurski (Ukrayna)

74 kq
1/16 final. Coşqun Əzimov - Mathayo Mahabila (Keniya)

86 kq
1/16 final. Abubakr Abakarov - Axmet Dudarov (Almaniya)

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

Facebookdan bizi izləməyi unutmayın.
X