Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun vəziyyəti kritik olaraq qalmaqdadır.
Fanat.Az xəbər verir ki, hazırda "Yeni Klinika"da müalicə alan Əşrəfoğluna təcili olaraq I qrup qan lazımdır.
Bu barədə idman jurnalisti Araz Əhmədov "Facebook" səhifəsi üzərindən məlumat yayıb.
"Əziz dostlar, dəyərli jurnalistimiz Elnur Əşrəfoğlu ücün təcili I qrup (+/-) qan lazımdı. Kimdə bu qan qrupudursa, xahiş edirik Nəsimi bazarının arxasında yerləşən Qan Bankına yaxınlaşsın. Orda olarkən bu nömrə ilə əlaqə saxlaya bilərsiz: 055 212 81 11 - Xəyal bəy.
Qeyd edək ki, həmkarımız sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan Əşrəfoğlu daha sonra "Yeni Klinika"ya köçürülüb. Tanınmış idman jurnalisti reanimasiyaya yerləşdirilib, süni tənəffüs aparatına qoşulub. Onun ağciyərlərində 85 faiz buzlu şüşə aşkarlanıb.
Röya