19:38 08.10.2021 647

Cüdoçumuz dünya üçüncüsü oldu

Azərbaycan cüdoçusu Elcan Hacıyev İtaliyanın Olbiya şəhərində keçirilən gənclər arasında dünya çempionatının bürünc medalını qazanıb.

Fanat.Az xəbər verir ki, idmançımız üçüncülük uğrunda qazaxıstanlı Ayan Bayqazi ilə üz-üzə gəlib. Rəqibinə "ippon" xalı ilə qalib gələn Elcan dünya birinciliyinin bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, bu, millimizin yarışda ikinci medalı olub. İlk gündə mübarizə aparan Turan Bayramov (60 kq) komandamızın aktivinə gümüş medal yazdırmışdı.

Sabah son təmsilçimiz - qızların 78 kq-sında çıxış edən Nərmin Əmirli tatami üzərinə çıxacaq.

*** 16:45

Cüdoçumuz Elcan Hacıyev İtaliyanın Olbiya şəhərində təşkil olunan gənclər arasında dünya çempionatında mübarizəyə qoşulub.

Fanat.Az xəbər verir ki, 81 kq-da çıxış edən təmsilçimiz yarışa 1/16 finaldan start verib. O, bu mərhələdə Özbəkistan, ardınca Braziliya, 1/4 finalda isə İtaliyadan olan həmkarlarını yenərək yarımfinala adlayıb. Lakin finalın bir addımlığında Rusiya idmançısı cüdoçumuz üçün keçilməz olub. Elcan bürünc medal uğrunda qazaxıstanlı Ayan Bayqazi ilə üz-üzə gələcək.

Medal görüşləri Bakı vaxtı ilə 18:00-da başlayacaq.

***10:00

İtaliyanın Olbiya şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün oğlanların 81 və 90, qızların 70 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşəcək. Azərbaycandan yalnız bir cüdoçu - Elcan Hacıyev (81 kq) tatami üzərinə çıxacaq. Təmsilçimiz startda (1/16 final) özbəkistanlı Nurbek Murtozoyevlə qarşılaşacaq.

Qeyd edək ki, iki yarış günündən sonra yığmamızın hesabında bir medal var. Oğlanların 60 kq çəki dərəcəsində yarışan Turan Bayramov gümüş mükafata sahib çıxıb.

Dünya birinciliyinin fərdi yarışına sabah yekun vurulacaq. Son gündə daha bir təmsilçimiz - qızların 78 kq-sında Nərmin Əmirli qüvvəsini sınayacaq.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

10:31

Azərbaycan millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

10:12

Tuxel "Bayern"də  qalacaq - Yalnız bir tələbi var

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

“Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm" - Brunu Fernandeş

09:00

Alleqri İtaliya futbolunun tarixinə düşdü - Rekord

02:18

"Atletiko"ya Qrizmann təkbaşına qələbə qazandırdı

02:09

PSJ-dən çətin qələbə, "Olimpik Marsel" uduzdu

01:57

İtaliya Kubokunun qalibi bəlli oldu

01:24

"Mançester Yunayted"lə "Çelsi"dən çətin qələbə

15 May 2024
22:44

Ukrayna Kubokunun qalibi bilindi

20:00

Sadio Mane Avropaya qayıdır - Yeni klubu bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X