21:10 16.10.2021 924

"Böyük Dəbilqə": Millimizdən "qızıl" və "bürünc"

Cüdoçumuz Hidayət Heydərov Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, millimizin 73 kq çəki dərəcəsindəki üzvü Fransa təmsilçisi Giyom Şen ilə üz-üzə gəlib. Rəqibinə "ippon" xalı ilə qalib gələn 24 yaşlı idmançımız üçüncü yerin sahibi olub.

Beləliklə, cüdoçularımız ilk yarış gününü bir qızıl və bir bürünc medalla başa vurublar. 

Sabah - turnirin son günündə daha üç təmsilçimiz tatami üzərinə çıxacaq. Kişilərin 81 kq-sında Murad Fətiyev, 90 kq-da Məmmədəli Mehdiyev, +100 kq-da isə Uşanqi Kokauri uğur qazanmağa çalışacaq.

*** 19:55

Azərbaycan cüdoçusu Balabəy Ağayev Paris "Böyük Dəbilqə"sində final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 23 yaşlı idmançımız baş mükafat uğrunda həlledici qarşılaşmada rusiyalı Ramazan Abdullayevlə üz-üzə gəlib. Görüşün bitməsinə 1 dəqiqə 44 saniyə qalmış rəqibinə "ippon" xalı ilə qalib gələn cüdoçumuz karyerasında ilk dəfə "Dünya Turu" seriyasından olan turnirin qızıl medalını qazanıb.

Ağayevin qələbəsi ümumən Azərbaycan cüdosu adına da bir ilk olub. Belə ki, Paris turniri "Böyük Dəbilqə" adlandırıldığı 2009-cu ildən bu yana ölkəmizin təmsilçiləri yarışda baş mükafat sevinci yaşamamışdı.

*** 16:55

Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start verilib.

Fanat.Az xəbər verir ki, ilk gündə Azərbaycanın 6 təmsilçisi mübarizəyə qoşulub.

Millimizin 60 kq çəki dərəcəsindəki üzvü Balabəy Ağayev fransalı Jolan Florimont və yaponiyalı Genki Koqaya qalib gələrək yarımfinala yüksəlib. Burada da monqolustanlı Sumiyabazar Enxtaivana şans verməyən 23 yaşlı idmançımız adını nüfuzlu turnirin finalına yazdırıb. Balabəy baş mükafat uğrunda rusiyalı Ramazan Abdullayevlə üz-üzə gələcək.

Hidayət Heydərov (73 kq) 1/16 finalda Enzo Gibellidən (Fransa), ardınca Aleksandr Qablerdən (Almaniya) üstün olub. Avropa çempionumuz 1/4 finalda tacikistanlı Somon Mahmadbekovun müqavimətini qıra bilməyib. Təsəlliverici görüşdə rusiyalı Denis Yartsevi üstələyən 24 yaşlı təmsilçimiz "bürünc" uğrunda ev sahibi Giyom Şen ilə qarşılaşacaq.

Digər cüdoçularımız isə erkən mərhələlərdə uduzaraq mübarizəni dayandırıblar. 

*** 10:28

Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start veriləcək.

Fanat.Az xəbər verir ki, ilk gündə Azərbaycanın 6 təmsilçisi tatami üzərinə çıxacaq.

60 kq çəki dərəcəsində çıxış edən gənclər arasında dünya çempionatının gümüş medalçısı Balabəy Ağayev 1/8 final mərhələsində fransalı Jolan Florimontla üz-üzə gələcək.

66 kq-dakı milli üzvlərindən İsmayıl İbrahimov startda (1/16 final) Robin Korrado (Fransa), İbrahim Əliyev Xuan Ernandeslə (Kolumbiya) qüvvəsini sınayacaq.

Avropa çempionu və ikiqat dünya mükafatçısı Hidayət Heydərov (73 kq) 1/16 final mərhələsində Enzo Gibelli (Fransa), eyni çəkidəki Telman Vəliyev isə David Lima (Braziliya) ilə münasibətlərinə aydınlıq gətirəcək.

Yeganə qadın cüdoçumuz, monqolustanlı legioner İçinxorlu Munxtsedev (57 kq) isə 1/16 finalda Seija Ballhausun (Almaniya) müqavimətini qırmağa çalışacaq.

Qarşılaşmalar Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Qeyd edək ki, yarışa sabah - oktyabrın 17-də yekun vurulacaq. Son gündə daha 3 təmsilçimiz mübarizə aparacaq.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

15:02

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X