Dünən İPL-in 8-ci turu cərçivəsində "Lester" "Mançester Yunayted" klubunu qəbul edib. Görüş "tülkülər"in 4:2 hesablıqələbəsi ilə başa çatıb.
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, oyunda heç bir məhsuldarlıqla yadda qalmayan "Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldu (Cristiano Ronaldo) soyunub-geyinmə otağına gedən tuneldə məğlub olduqlarına görə hiddətlənib və divarları təpikləyib. Mənbənin məlumatlna görə məğlubiyyəti həzm edə bilməyən Kriş komandasının zəif çıxışından narazılığını ifadə edib.
Xatırladaq ki, "Mançester Yunayted" hazırda 14 xalla İPL-in turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.
Emin Şəmsiyev