09:00 20.10.2021 583

AÇ perspektivi: Millimiz üçün tarixi fürsət  

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Dünən futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşdi.

Gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək qitə birinciliyinin D qrupunda yer alan millimiz İspaniya, Gürcüstan və Bosniya və Hersoqovina ilə mübarizə aparacaq. 

Yenilməz Azərbaycan - xoş gəldin, Niderland!

Bəribaşdan qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələni birnəfəsə keçdi. Tarixində ilk dəfə 16 komandanın mübarizə aparacağı AÇ-nin final mərhələsinə yüksəlmək əvvəlki illərdən asan oldu. Slovakiya, Yunanıstan və Moldova ilə eyni qrupa düşən Joze Alesio Da Silvanın komandası mərhələni məğlubiyyətsiz başa vuraraq, qrup birinciliyini təmin etdi. Baxmayaraq ki, qrup oyunları ilk dəfə ev-səfər prinsipi ilə keçirilirdi. 

Millinin son seçmə oyunlarının nəticəsi
29 yanvar 2021 Bakı İdman Sarayı Azərbaycan - Slovakiya 4:1
2 fevral 2021 Afina Yunanıstan - Azərbaycan 0:3
4 mart 2021 Bakı İdman Sarayı Azərbaycan - Moldova 5:1 
9 mart 2021 Çoresku Moldova - Azərbaycan 3:5
8 aprel 2021 Levice Slovakiya - Azərbaycan 1:1
14 aprel 2021 Bakı İdman Sarayı Azərbaycan - Yunanıstan 4:0

Püşk millimiz üçün nə vəd edir? 

Qatıldığımız 12-ci AÇ-nin iştirakçısı olacağımız ardıcıl 6-cı final mərhələsi ilə bağlı nikbin proqnoz vermək mümkündür. Hər halda, Joze Alesio Da Silvanın komandasının püşkdə bəxtinin gətirdiyini deyə bilərik. Baxmayaraq ki, qrupumuzda Avropanın nəhəngi, yeddiqat çempion İspaniya yer alır. Birinci səbətdən İspaniya, Rusiya, Portuqaliya və Qazaxıstandan biri ilə yollarımız kəsişəcəkdi. UEFA-nın açıqladığı son reytinq sıralaması məhz İspaniya, Rusiya, Portuqaliya, Qazaxıstan ardıcıllığı şəklindədir. Rusiya tanış rəqibdir və bir neçə dəfə yolumuz kəsişib. İspaniyadansa, şimal qonşularımız daha münasib rəqib sayıla bilər. Portuqaliya isə arzuolunmazdır. Təsadüfi deyil ki, bu komanda ötən ay Litvada dünya çempionu adına sahib çıxdı. Həm də 1/4 finalda ispanları üstələyərək, yoluna davam etdi. Yarımfinalda Portuqaliya ilə qarşılaşan və yalnız penalti seriyasında uduzaraq finaldan məhrum olan Qazaxıstan da yaxşı formadadır. Nəzərə alsaq ki, qrupdan 2 komanda çıxacaq, 1-ci yeri İspaniyanın tutması millimizi ümumi hədəfdən uzaq salmayacaq. Yetər ki, Gürcüstanla Bosniya və Hersoqovinanı ciddiyə alıb sürprizə imkan verməyək.
"Püşkdə bəxtimiz gətirib" deyəndə məhz bu komandalarla eyni qrupa düşməyimizi nəzərdə tuturuq. Həm Gürcüstan, həm də Bosniya və Hersoqovina ilk dəfə final həyəcanı yaşayacaq. Reytinqə görə Avropanın 6-cı komandası (2015.589 əmsal) olan millimiz bosniyalılardan 6 (12-ci yer, 1837.207 əmsal), yaxın qonşularımızdan isə 11 (17-ci yer, 1694.055 əmsal) pillə irəlidədir. Təbii ki, futzal komandamız istər reytinq, istər final təcrübəsi, istərsə də heyət baxımından hər ikisindən üstündür.  

Azərbaycan
Vəsiqə: 3-cü qrupun qalibi
AÇ-də ən yaxşı nəticəsi: Dördüncü yer (2010)
Avro-2018-dəki nəticəsi: 1/4 final
Vacib fakt: Final mərhələsindəki debütündə yarımfinalın iştirakçısı olmaqla rəğbət qazanıb.

İspaniya
Vəsiqə:
6-cı qrupun qalibi
AÇ-də ən yaxşı nəticəsi: 7 dəfə Avropa çempionu (1996, 2001, 2005, 2007, 2010, 2012, 2016)
Avro-2018-dəki nəticəsi: Finalçı
Vacib fakt: Futzalda Avropanın hegemonu olan İspaniya bu qitədən dünya çempionu (2004, 2008) titulunu qazanmış yeganə millidir.

Bosniya və Herseqovina
Vəsiqə:
İlkin mərhələdə A, seçmə mərhələdə isə 4-cü qrupun qalibi
AÇ-də ən yaxşı nəticəsi: Heç vaxt iştirak etməyib
Avro-2018-dəki nəticəsi: İştirak etməyib
Vacib fakt: İlk dəfə AÇ-nin final həyəcanı yaşayacaqlar.

Gürcüstan
Vəsiqə:
İlkin mərhələdə F qrupunun qalibi, seçmə mərhələdə isə 2-ci qrupun ikincisi
AÇ-də ən yaxşı nəticəsi: Heç vaxt iştirak etməyib
Avro-2018-dəki nəticəsi: İştirak etməyib
Vacib fakt: 2018-ci ildə AÇ-nin pley-off mərhələsinə yüksəlməsinə və səfərdə Rumıniya ilə 2:2 hesablı heç-heçə etməsinə rəğmən, cavab matçında istəyinə layiq ola bilmədi.


Təqvim də əlverişlidir

Millimiz Niderlandda ilk oyununu qrupun ən zəifi Gürcüstana qarşı keçirəcək. Yanvarın 22-də baş tutacaq debüt matçındakı qələbə İspaniya ilə oyuna daha rahat hazırlaşmağa imkan verəcək. Həm də ikinci oyuna hazırlaşmaq üçün daha çox - 4 gün vaxtımız olacaq. Üstəlik, ilk iki oyun eyni şəhərdə baş tutacaq. Alesio əsas gücünü sonuncu görüşə saxlamalıdır. Çünki bosniyalılarla matça hazırlaşmaq üçün vaxt da azdır. Bundan başqa, məkan və meydan dəyişikliyi problem yarada bilər. Cəmi üç gün sonra baş tutacaq həlledici oyuna qədər bir məqam da dəqiqləşəcək: ikinci turda qrupumuzun zəifləri öz aralarında ən güclünü müəyyən edəcəklər. Hətta mümkündür ki, Azərbaycan millisi 4 xalla da qrup ikinciliyini təmin etsin. Amma işi çətinə salmamaq üçün Gürcüstanla Bosniya və Hersoqovinanı yenmək vacibdir.
Qrupdan çıxacağı halda, komandamızın təqvimi əlverişli sayıla bilər. Hər halda, D qrupunun qalibləri C qrupunda 1-2-ci yeri tutan komandalarla üz-üzə gələcək. Qrupda arzuolunmaz ssenari baş verməsə, yəni 1/4 finala adlasaq, böyük ehtimalla, Rusiya və ya Xorvatiyadan biri ilə qarşılaşacağıq. Çünki C qrupunda Polşa və Slovakiyanın şansı azdır. A və B qruplarında isə güclülərin sayı kifayət qədərdir. Həm də səviyyələri bir-birinə yaxındır. Hər halda, Portuqaliya, Rusiya, İtaliya, Qazaxıstan, Ukrayna, Serbiya (pley-offda Belarusu üstələyib final mərhələsinin sonuncu iştirakçısı olacağı şübhə doğurmur), hətta meydan sahibi Niderlandı təhlükəli rəqib saymaq olar. Təsadüfi deyil ki, A və B qruplarında yer alan 8 komandadan 6-sı UEFA reytinqində ilk "10-luq"da yer alır. Amma millimizin "cəbhə"sində qeyd etdiyimiz kimi, Bosniya və Hersoqovina, Gürcüstan, Polşa (13-cü yer), Slovakiya (16-cı yer) kimi zəiflər var.  

Millinin oyunlarının təqvimi

22 yanvar, Qroningen
Gürcüstan – Azərbaycan
İspaniya – Bosniya və Herseqovina

26 yanvar, Qroningen
İspaniya – Azərbaycan
Bosniya və Herseqovina – Gürcüstan

29 yanvar, Amsterdam
Azərbaycan - Bosniya və Herseqovina
Gürcüstan - İspaniya

1/4 final
31 yanvar
B qrupunun qalibi – A qrupunun ikincisi (Amsterdam)
A qrupunun qalibi – B qrupunun ikincisi (Amsterdam)

1 fevral
C qrupunun qalibi – D qrupunun ikincisi (Amsterdam)
D qrupunun qalibi – C qrupunun ikincisi (Amsterdam)

Yarımfinal
4 fevral
A qrupunun qalibi – B qrupunun ikincisi // D qrupunun qalibi – C qrupunun ikincisi (Amsterdam)
B qrupunun qalibi – A qrupunun ikincisi // C qrupunun qalibi – D qrupunun ikincisi (Amsterdam)

6 fevral
Üçüncü yer uğrunda və final oyunu (Amsterdam)

Qeyd: Amsterdamdakı oyunlar “Ziggo Dome”də keçiriləcək. 2012-ci ildə istifadəyə verilən arena 10500 tamaşaçı tutumuna malikdir. Arenada idman oyunları ilə yanaşı konsertlər də təşkil olunur.

Groningendə isə matçlara “Martini Plaza” evsahibliyi edəcək. 1989-cu ildə istifadəyə verilən arenanın tutumu tədricən artırılıb və 2000-ci ildə bu rəqəm 3900-ə çatdırılıb. Burada da müxtəlif idman oyunları, xüsusilə də tennis və basketbol qarşılaşmaları, eləcə də sərgilər təşkil olunur. Hazırda “Donar” basketbol komandası ev oyunlarını bu məkanda keçirir.

Statistika nə deyir? 

Komandamız İspaniya, Bosniya və Hesroqovina və Gürcüstanla müxtəlif vaxtlarda rəsmi oyunlarda qarşılaşıblar. Gürcüstanla 3 oyunun ilkində heç-heçə etmişiksə, qalan 2 matçda qələbə qazanmışıq. Ən çox qapısına yol tapdığımız komandada elə Gürcüstan millisidir – 17:10. Bosniya və Herseqovina ilə baş tutmuş 2 dueldə də sevinən tərəf Azərbaycan millisi olub. Qolların nisbəti isə belədir: - 8:6. İspanlarla hər 3 oyun isə uğursuz alınıb. Üç oyunda onları 5 dəfə məyus etmişik - 5:13.

DÇ-2000 (seçmə mərhələ - Xorvatiya) 
28.02.2000. Gürcüstan – 6:6

AÇ-2003  (seçmə mərhələ - Portuqaliya)
09.11.2002. Gürcüstan – 4:1

AÇ-2005 (seçmə mərhələ - Serbiya)
30.01.2005. Gürcüstan – 7:3

AÇ-2012 (seçmə mərhələ - Azərbaycan)
27.02.2011. İspaniya – 3:8

AÇ-2014 (seçmə mərhələ - Slovakiya)
28.03.2013. Bosniya və Herseqovina – 3:2

DÇ-2016 (final mərhələsi – Kolumbiya)
15.09.2016. İspaniya – 2:4

AÇ-2018 (seçmə mərhələ - Azərbaycan)
08.04.2017. Bosniya və Herseqovina – 5:4
(final mərhələsi - Sloveniya)
04.02.2018. Azərbaycan – İspaniya 0:1

Millimizin baş məşqçiləri AÇ-də


Milli komandamızı Avropa çempionatının oyunlarına çıxaran məşqçilərin siyahısını təqdim edirik. Şübhəsiz, bu göstəricidə birinci yeri Joze Alesio Da Silva tutur. Komandanı ən çox meydana çıxaran braziliyalı həm də ən uğurlu baş məşqçidir.

N İL ÇEMPİON MƏRHƏLƏ BAŞ MƏŞQÇİ İŞTİRAKÇI YER O Q H M TOP X
1 1996 İspaniya seçmə mərhələ (Hollandiya), 1-ci qrup Əbdülqəni Nurməmmədov 6 VI 5 1 0 4 12-25 3
2 1999 Rusiya seçmə mərhələ (Belçika), 2-ci qrup Hacıbala Abdullayev 3 II 2 0 2 0 4-4 2
3 2001 İspaniya seçmə mərhələ (Macarıstan), C qrupu Hacibala Abdullayev 4 III 3 1 1 1 12-8 4
4 2003 İtaliya seçmə mərhələ (Portuqaliya), 5-ci qrup Elman Ələkbərov 4 III 3 1 0 2 5-9 3
5 2005 İspaniya seçmə mərhələ (Serbiya), 5-ci qrup Fazil Qarayev 4 III 3 1 0 2 8-10 3
6 2007 İspaniya seçmə mərhələ (Hollandiya). D qrupu Baba Əsgərov 4 II 3 1 2 0 17-12 5
7 2010 İspaniya seçmə mərhələ (Portuqaliya), VI qrup Joze Alesio da Silva 4 II 3 2 1 0 12-7 7
          final mərhələsi (Macarıstan), A qrupu Joze Alesio da Silva 12 IV 5 2 2 1 18-13 8
8 2012 İspaniya seçmə mərhələ (Azərbaycan) I qrup Joze Alesio da Silva 4 II 3 2 0 1 13-13 6
             final mərhələsi (Xorvatiya), D qrupu Joze Alesio da Silva 3 III 2 0 0 2 9-13 0
9 2014 İtaliya seçmə mərhələ (Slovakiya), B qrupu Joze Alesio da Silva 4 I 3 3 0 0 11-3 9
                 final mərhələsi (Belçika), C qrupu Joze Alesio da Silva 3 III 2 1 0 1 7-13 3
10 2016 İspaniya seçmə mərhələ (Azərbaycan), IV qrup Faustino Peres 4 II 3 2 0 1 16-6 6
                            pley-off Faustino Peres 2 I 2 1 1 0 4-2 4
                 final mərhələsi (Serbiya), D qrupu Faustino Peres 12 1/4 3 1 0 2 8-14 3
11 2018 Portuqaliya seçmə mərhələ (Azərbaycan), II qrup Biro Jade 4 I 3 3 0 0 16-5 9
             final mərhələsi (Sloveniya), D qrupu Joze Alesio da Silva 12 1/4 3 1 0 2 6-12 3
12 2022 ????  seçmə mərhələ Joze Alesio da Silva 4 I 6 5 1 0 22-6 16
 Cəmi: 57 28 10 19 200-175 94

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

Facebookdan bizi izləməyi unutmayın.
X