12:29 19.10.2021 875

Cüdo Federasiyasına ittiham - Pul oğurlayırlar

Azərbaycan cüdo millisinin üzvü Elmar Qasımov Cüdo Federasiyasından narazıdır.

“Qafqazinfo”ya danışan idmançı rəhbərlik tərəfindən maaşlarının, mükafatlarının kəsildiyini iddia edib.

Qasımov əvvəlcə Olimpiadadan öncə yığmadan uzaqlaşdırılması ilə bağlı danışıb:

“Yığmadan uzaqlaşdırılmaq məsələsini özüm də başa düşmədim. Dedilər ki, “Tik-tok”da çəkdiyim videolara görə belə addım atılıb. Onsuz da həmin vaxt yığmada deyildim, məşq eləmirdim. Ölkə xaricində istirahətə yollanmışdım. Olimpiadaya da aparılmırdım. Buna görə mənim maaşımı da kəsdilər, Olimpiadaya lisenziya qazandığıma görə veriləcək 5 min manat mükafatı da vermədilər. Fikrimcə, bu cür addımların əsasında bir şey dayanırdı ki, mənim pulumu kəssinlər. Bundan qabaq da belə hallar baş verib. Kimin maaşını istəyirlər kəsirlər. Bəhanə gətirirlər ki, məşqə gecikmisən. 2017-ci ildə dünya çempionatında yer tutanda da eyni şeyi etmişdilər. Mükafatlarımızı 18 min manat az vermişdilər. Adamın həvəsi qalmır bu cür hadisələrdən sonra. Olimpiya ikincisi, dünya və Avropa çempionatlarının mükafatçısıyam, amma 800 manat maaş alıram, bu da ancaq yol pulu edir. Deyə bilmərəm ki, maaşı kəsməklə hamıya haqsızlıq edirlər, amma haqsızlığa uğrayan çox adam var. Rəhbərlik də ürəyi nə istəyir onu edir”.

Qasımov Tokio-2020 Yay Olimpiya Oyunlarına qatılmaması barədə də fikirlərini bildirib:

“Olimpiadaya hazır deyildim. Həm pandemiyaya görə, həm digər səbəblər var idi ki, hazır olmadım. Əslində, məşqlər düzgün keçirilmirdi, çox zəif idi”.

Təcrübəli cüdoçu Olimpiadada komandamızın zəif çıxışında məşqçiləri günahlandırıb:

“Dəqiq səbəb deyə bilməsəm də, məşqçilərin günahkar olduğunu düşünürəm. Mən Olimpiadadakı çıxışa zəif yox, çox zəif deyərdim. Bütöv komanda uğursuz oldu. Olimpiadadan sonra nəticənin pis olmasına görə idmançıların maaşları azaldıldı, məşqçilər qovuldu. Düşünürəm ki, maaşların azaldılmasını hardasa düz saymaq olar. Çünki Olimpiadadan öncə maaşlar qaldırılmışdı. Amma bunlar problemi həll etmir. Təzə məşqçilər nəsə yenilik gətirə bilərlər, uğur qazana bilərlər. Keçmiş baş məşqçi Ruslan Maşurenko komandaya lazım olanı verə bilmirdi. Onun dövründə komanda çox zəiflədi. İdmançılar nə qədər narazılıq etsə də, rəhbərlik Maşurenkonun tərəfini tuturdu. Yığma komandadan şəxsi məşqçiləri uzaqlaşdırırdılar, çünki Maşurenko belə istəyirdi. İdmançılar narazılıq edəndə idmançıları da göndərirdilər. Bizim özümüzü Olimpiada qabağı iki aylıq məşqdən uzaqlaşdırdılar. Tokio-2020-yə 1 ildən bir az çox qalmışdı Hidayət Heydərovu, Məmmədəli Mehdiyevi və məni yığmadan uzaqlaşdırmışdılar. Bu hansı peşəkarlığa sığır? Rəhbərliyin vecinə deyil ki, kim medal qazanacaq, kim yox”.

Elmar Qasımov “Tik-tok” hesabında çəkdiyi və bəzən etirazlarla qarşılanan videoların şəxsi işi olduğunu deyib:

“Mən federasiyaya da demişəm, indi də deyirəm ki, bu şəxsi işimdir. Hər kəs “Tik-tok”da, İnstaqramda, feysbukda və digər sosial şəbəkələrdə video paylaşa bilər. Bu onun haqqıdır, eləcə də mənim. Mən edəndə niyə kiminsə gözünə girir? Kimisə təhqir etmirəm, narkotiki təbliğ etmirəm və ya pozğunluq yaymıram. Məşhurlaşmaq istəyir deyirlər ki, bu da doğru deyil. Məşhur biri sosial şəbəkələrlə necə məşhur ola bilər? Onsuz da Azərbaycanda kifayət qədər tanınıram. Sadəcə izləyici artır, baxış sayı gəlir. Ona görə çəkirdim. Sonra məni tənqid etdilər və daha çox çəkməyə başladım ki, vecimə deyil”.

“Cüdoda bundan sonra yeni dönəm başlaya bilər” sualına idmançı belə cavab verib:

“Düşünmürəm ki, nəsə yeni dönəm başlasın. Çünki rəhbərlikdə elə adamlar var ki, onlarla mümkün deyil. İdmançıda məşq etmək üçün həvəs saxlamırlar. Bəlkə nəsə dəyişiklik olsa, onda irəli getmək imkanı yaranar. Cüdomuz üçün etdiyim şeylərin qiyməti 800 manatdır? Söhbət təkcə bundan getmir. O qədər pul oğurlayırlar, amma bizə gələndə maaşı, mükafatı kəsirlər. Üstəlik, Beynəlxalq Cüdo Federasiyasına məktub yazıblar ki, bu problemli idmançıdır, 4 il oradan da 800 manat almalı idim, amma imkan vermədilər. Medal qazananda isə öz adlarına çıxarırlar ki, belə işlədik, dəstək olduq, medal qazandıq. Əslində isə əziyyət çəkən bizik. Federasiyanın vitse-prezidenti Sadıq Sadıqova narazılıq etməsəm də, məşqçilərə demişəm ki, 13 min manatımı kəsiblər, bunun səbəbini izah edə bilərlər? İndi də Sadıq Sadıqov, baş məşqçi Mövlud Mirəliyev və başqaları deyir ki, gəl məşqə. Bildirdim ki, yol pulum yoxdur, cibimdən verib gələcəm? Gündəlik 10 manat yol pulu verirəm, məşq edəndə qidalanma başqa olur. Bütün bunlar xərcdir. Deyirlər ki, gəl özünü sübut et. Mən özümü kimə sübut edim? Yetərincə mükafatlarım, uğurlarım var. İndi də deyirsən ki, verə bilmərik, hamıya eyni maaş veririk. Sonra baş məşqçi Mövlud Mirəliyev bildirdi ki, 2000 manat maaş olacaq, amma ay sonu yenidən 800 manat verdilər. Mən də “sağ olun” deyib çıxdım. İndi məşq də eləmirəm. Rəhbərlik edən Sadıq Sadıqovdur və hər şey ona bağlıdır”.

Qeyd edək ki, Elmar Qasımov Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarının gümüş, dünya çempionatının bürünc mükafatçısıdır. O, həmçinin Avropa çempionatında iki dəfə bürünc, bir dəfə gümüş medal qazanıb. 30 yaşlı cüdoçu 2019-cu ildə Minskdə keçirilən Avropa Oyunlarında bürünc, 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəylik Oyunlarında gümüş medal qazanıb. 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

10:31

Azərbaycan millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

10:12

Tuxel "Bayern"də  qalacaq - Yalnız bir tələbi var

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

“Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm" - Brunu Fernandeş

09:00

Alleqri İtaliya futbolunun tarixinə düşdü - Rekord

02:18

"Atletiko"ya Qrizmann təkbaşına qələbə qazandırdı

02:09

PSJ-dən çətin qələbə, "Olimpik Marsel" uduzdu

01:57

İtaliya Kubokunun qalibi bəlli oldu

01:24

"Mançester Yunayted"lə "Çelsi"dən çətin qələbə

15 May 2024
22:44

Ukrayna Kubokunun qalibi bilindi

20:00

Sadio Mane Avropaya qayıdır - Yeni klubu bilindi

19:20

Ərəblər İstanbul nəhənginə fantastik maaş təklif etdi - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X