17:49 23.10.2021 1105

İlham Zəkiyev XTQ komandanı Hikmət Mirzəyevlə görüşdü - FOTO

İkiqat Paralimpiya çempionu İlham Zəkiyev Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevlə görüşüb.

Fanat.Az xəbər verir ki, tanınmış idmançı Vətən Müharibəsi Qəhrəmanı ilə görüşünü əks etdirən fotonu sosial şəbəkə hesabında paylaşıb. 

Saytımıza danışan Zəkiyev görüş barədə təəssüratlarını bölüşüb: 

"Vətən müharibəsindən sonra qəhrəman generalımızla görüşüb, onu qələbə münasibəti ilə təbrik etmək, ürəkdən gələn xoş sözlərimi çatdırmaq istəyirdim. Araya müəyyən işlər, Paralimpiada düşdü. 

Səmimi görüş oldu. Cənab general Tokioda qazanılan uğur münasibətilə məni təbrik etdi, Paralimpiya komandamız haqda xoş sözlər söylədi. Zədəmlə maraqlandı. Dedim ki, yarışda koreyalı idmançı ilə güləşəndə ayağımın iki barmağı sındı. Həkimlər sarğı edəndə güləşib-güləşməyəcəyimi soruşdular. Mən də cavabında “Mən qalib ölkənin nümayəndəsiyəm. Bizim əsgərlər yaralı halda belə, döyüşlərini davam etdirirdilər. Birmənalı olaraq güləşəcəyəm. Tez ayağımı sarıyın” dedim.

Sonda Hikmət Mirzəyev mənə XTQ-nin xatirə hədiyyəsini təqdim etdi. Həmin suveniri dəyərli xatirə kimi medal və təltiflərimdən ibarət guşəyə qoyacam".

Qeyd edək ki, İlham Zəkiyev I qrup Qarabağ müharibəsi əlilidir. O, 1999-cu ildə Füzuli rayonunun işğal altında olan Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperinin gülləsinə tuş gələrək görmə qabiliyyətini itirib. 7 dəfə Avropa, 2 dəfə isə dünya çempionatının qızıl medalını qazanan paralimpiyaçı 2017-ci ildən Milli Paralimpiya Komitəsinin vitse-prezidenti postunu tutur.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyun 2024
22:45

"Zirə"yə alqış düşür" - Qurban Qurbanov 

22:30

"Bu oyun böyüməyimizə imkan verəcək" - Rəşad Sadıqov 

21:58

Azərbaycan Kuboku: "Qarabağ" "qızıl dubl" etdi

21:10

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR 

20:17

Maksim Medvedev karyerasını başa vurdu

20:00

"Şamaxı" Ramiz Məmmədovla bağlı qərar verdi

19:20

Toni Kroosun varisi bilindi - "8 nömrə"ni ona verəcəklər

18:33

"Sevilya"da yeni baş məşqçi - RƏSMİ

17:47

U-21-in heyətində dəyişiklik

17:24

Azərbaycanlı şahmatçı beynəlxalq turnirin qalibi oldu

16:50

"Qrupdan çıxmaq məqsədimiz yoxdur" - İordaneski

15:57

Ronaldu Naço ilə Kazemironu "dilə tutur"

15:18

"İnanıram ki, Peres mənimlə müqaviləni yeniləyəcək" - Vinisius

14:45

"Real"da eqolu futbolçu yoxdur" - Ançelotti 

14:00

AÇ:  Azərbaycan millisi inamlı qələbə ilə başladı

13:40

Joze Mourinyu "Fənərbağça"nın yeni baş məşqçisidir - RƏSMİ

13:00

Daha bir Azərbaycan boksçusu Paris-2024-də

12:33

Final oyununa təyinatlar bilindi

12:24

Qəbələdə beynəlxalq turnir keçirilir

11:32

"Arsenal" Zinçenko ilə bağlı qərarını verdi

10:55

Günün oyunları bu kanallarda - AFİŞA

10:26

"Qarabağ" ÇL-ə ikinci mərhələdən başlayacaq

09:30

Niderlandlı oyunçu İtaliya çempionundan ayrılacaq

00:51

"Real" ÇL-in qalibi oldu

01 İyun 2024
23:09

Asif Əsgərov UEFA-nın komitəsinin iclasında iştirak etdi

21:23

Qəbələdə şəhid övladları üçün yay düşərgəsi başlayıb

18:44

"Napoli"nin futbolçusu Ronaldunun komandasına keçə bilər

18:22

Rəşad Sadıqov final oyunu barədə fikirlərini bölüşdü

17:35

Neymar son nöqtəni qoydu - Gedir?

01 Yanvar 1970
04:00

17:14

"Zirə"yə qarşı oynamaq həmişə çətindir" - Qurban Qurbanov

16:49

"Şamaxı" Əbili də yola saldı

16:26

Misli Premyer Liqasında yeni mövsüm bu tarixdə start götürəcək

15:55

ABŞ şirkəti "Everton"u ala bilmədi

15:39

"Real" Londona uça bilməyən azarkeşlərinin könlünü belə alacaq

14:57

Bunu Azərbaycan Kubokunda 3 komanda bacarıb

14:28

"Qalatasaray" Mertenslə bağlı qərarını verdi

14:00

Rafinya Səudiyyə Ərəbistanı klubunda?

13:26

Sarriyə rekord məbləğdə təklif

13:10

"Qalatasaray" "Barselona"nın ulduzuna göz dikib

Facebookdan bizi izləməyi unutmayın.
X