Braziliya komandası Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turniri üçün heyətini açıqlayıb.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, yarışda ölkəni 16 (9 kişi, 7 qadın) cüdoçu təmsil edəcək.
"Sambaçılar"ın paytaxtımıza gələcək heyətində ikiqat Olimpiya mükafatçısı Rafael Silva da yer alıb.
Kişilər: Erik Takabatake (60 kq), Qabriel Falkao, David Lima (hər ikisi 73 kq), Loqan Ramos (81 kq), Covani Ferreyra, Rafael Masedo (90 kq), Leonardo Qonsalveş, Rafael Buzakarini (100 kq), Rafael Silva (+100 kq).
Qadınlar: Rafaela Batista (48 kq), Yasmim Lima (52 kq), Cessika Perreyra, Ketelin Nasimento (57 kq), Qabriella Moraes (63 kq), Millena Silva (70 kq), Beatris Souza (+78 kq).
Bu günədək turnirdə ümumilikdə 30 ölkədən 218 cüdoçunun iştirakı təsdiqlənib.
Qeyd edək ki, Bakı "Böyük Dəbilqə"si 5-7 noyabrda keçiriləcək.
Sahib Əsədbəyli