17:03 08.11.2021 526

\"30 yaş heç nədir, Elmar Qasımov istəsə...\" - MÜSAHİBƏ

Azərbaycanın kişilərdən ibarət cüdo millisinin baş məşqçisi Mövlud Mirəliyevin Fanat.Az-a müsahibəsi

- Bakıdakı "Böyük Dəbilqə" turnirinin yekunlarını necə dəyərləndirirsiniz? 
- Ümumilikdə düşünürəm ki, komanda pis çıxış etmədi. Altı medalımız oldu. Sadəcə, 73 kiloqram çəki dərəcəsindəki cüdoçularımızdan daha yaxşı nəticə gözləyirdik. Düşünürdük ki, Hidayət və Rüstəmdən biri qızıl medal qazanar. Təəssüf ki, bu alınmadı. Bir "bürünc"lə kifayətlənməli olduq.

- Konkret olaraq bir qızıl medalı qənaətbəxş nəticə saymaq olarmı? Ümumiyyətlə, əvvəlcədən neçə baş mükafat proqnozlaşdırmışdınız?
- Cüdoda proqnoz vermək çətindir. Sürpriz hallar çox olur. Ancaq azı iki qızıl medal gözləyirdik. Dediyim kimi, 73 kiloqramda "qızıl" olacağına inanırdıq. 

- Rüstəm Orucov yenə də yaponiyalı idmançıya uduzdu. Onun Yaponiya təmsilçiləri ilə görüşlərdəki ardıcıl uğursuzluğunu nəylə əlaqaləndirirsiniz? 
- Rüstəmin uduzduğu Ken Oyoşi axırıncı Yaponiya çempionatında nəticə verib. Ancaq Ono və Haşimoto səviyyəsində də deyil. Görüşdən sonra Rüstəmlə söhbətimiz oldu, özü də razılaşdı ki, keçiləsi rəqibdir. Növbəti yarışlarda qarşılaşsalar, ümid edirəm, nəticə fərqli olacaq.

- Yarışda yetərincə gənc idmançı iştirak edirdi. Onlar ümidləri nə dərəcədə doğrultdu?
- 60 kiloqramda Rövşən Əliyev, 81 kiloqramda Elcan Hacıyev medal qazandılar. 81 kilodakı digər cüdoçumuz Hasil Cəfərov da yaxşı çıxış elədi. Olimpiya mükafatçısını uddu. Ümumilikdə gənclərdə yarış praktikasının azlığı özünü göstərdi. Sadəcə, Parisdə çempion olan Balabəy Ağayevin Bakıda da nəticə verəcəyinə ümid bəsləyirdik. Təəssüf ki, bu dəfə çıxışı uğursuz oldu.

- Paris Olimpiya Oyunlarına 3 ildən az vaxt qalıb. İndiki halda gənclərdən kimləri daha ümidverici hesab edirsiniz?
- Kəramət Hüseynov, Elcan Hacıyev və bir neçə cüdoçunun adını çəkə bilərəm. Hidayətin özü də gənc sayılır.

 Dekabrın əvvəli ölkə çempionatı keçirilməlidir. Oradakı nəticələrə əsasən yeni heyət müəyyənləşəcək. Ümidvaram ki, gənclər respublika çempionatında özünü yaxşı tərəfdən göstərə biləcəklər. 

Qeyd etdiyim kimi, idmançılara yarış praktikası lazımdır. Mən bu məsələyə diqqət edəcəyəm. Gəncləri ardıcıl turnirlərdə sınaqdan keçirəcəyik ki, onlar da özlərini doğrulda bilsinlər. İdmançı bir turnirdə uduzubsa, onu qırağa ata bilmərik.

- Ölkə çempionatında adətən titullu idmançılar iştirak etmir. Yarış bu dəfə fərqli olacaq? 
- Hamı iştirak edəcək. Sadəcə, idmançılara sərbəstlik veriləcək. Ola bilər ki, çəki salmamaq üçün Rüstəm, Hidayət və ya digərləri yuxarı çəkidə çıxış eləsinlər.

- Elmar Qasımovla bağlı durum nə yerdədir? 
- Elmar artıq məşqlərə gəlir. Aramızda söhbət olub. Söz verib ki, məşqlərə ciddi yanaşacaq. 

- Bundan sonra onun nəticə verəcəyinə inanırsınız?
- 30 yaş ağır çəki dərəcəsi üçün heç nədir. Mən 34 yaşda Olimpiya mükafatı qazanmışam, Elxan Məmmədov 30 yaşından sonra dünya və Avropa çempionu olub. Elmar istəsə, çalışsa, bacarar. 

- Siz milli komandanın çalışdırıcısı təyin olunduqdan sonra vaxtilə yığmada birgə işlədiyiniz Fərhad Məmmədovun da məşqçilər korpusunda olacağı gözlənilirdi. Məmmədovun yığmada sizinlə birgə çalışmasıya bağlı təklif vermisiniz? Ümumiyyətlə, bunda maraqlısınızmı?
- Fərhad müəllimin komandada olmasını istəyirəm. Yaxınlarda yeni federasiya rəhbərliyi toplantı keçirməlidir. Orada təklifimi səsləndirəcəyəm. Məşqçi heyəti azdır. Böyüklərdə cəmi üç nəfərik. Bu da xüsusən yarışlar vaxtı problem yaradır. Yəqin ki, Fərhad müəllim yaxında bizə qoşulacaq.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

Facebookdan bizi izləməyi unutmayın.
X