Azərbaycan karateçisi İrina Zaretska ikinci dəfə dünya çempionu olmasını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialda 68 kiloqram çəki dərəcəsi üzrə qızıl medal qazanan 25 yaşlı idmançı sosial şəbəkə hesabında uğuru ilə bağlı qısa paylaşım edib:
“Və... Hələ də dünya çempionuyam. İnanılmazdır”.
Qeyd edək ki, Zaretska bu il Xorvatiyanın Poreç şəhərində baş tutan Avropa çempionatının qızıl, Tokioda keçirilən Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olub. O, ilk dünya çempionluğunu 2018-ci ildə Madriddə qazanıb.