15:48 01.12.2021 532

İkiqat Avropa mükafatçısı: \"Bunlar olsa, Olimpiadadan da medal gətirərik\"

Sloveniyanın Çatej şəhərində keçirilmiş Avropa çempionatında bürünc medal qazanan Azərbaycanın qadınlardan ibarət şahmat yığmasının üzvü Ülviyyə Fətəliyevanın Fanat.Az-a müsahibəsi

- Ülviyyə xanım, komanda ilə birgə ardıcıl ikinci dəfə Avropa çempionatının mükafatçısı oldunuz. İki il əvvəlki uğurla budəfəkini necə müqayisə edərsiniz?
- Batumidəki nəticəyə qədər Azərbaycanın qadın şahmat yığması artıq 27 il idi ki, Avropa çempionatında medal qazana bilmirdi. Ona görə üzərimizdə hardasa inamsızlıq hiss edirdik. Bu dəfə artıq son Avropa çempionatının bürünc medalçısı kimi yarışa qatılmışdıq. Özgüvənimiz qat-qat artıq idi. Bu amil birbaşa oyun stilimizə yansıyırdı. Daha rahat mübarizə aparırdıq.

- Ancaq diqqətçəkən bir məqam var. Komanda daha yüksək reytinq və təcrübəyə rəğmən, əvvəlki yarışa nisbətən az xal topladı. 
- Özümüzə güvəndiyimiz üçün daha çox risk edirdik. 2019-cu ildən fərqli olaraq Gürcüstanla görüş öncəsi heç-heçə yox, qələbə haqqında düşünürdük. Rusiya ilə matçda əlverişli imkanımız yarandı, əlavə risk aldıq. Risk etdikdə nəticə pozitiv də ola bilər, neqativ də. Təəssüf ki, həmin qarşılaşmalarda uduzduq. Sadəcə, Macarıstanla oyundakı heç-heçə gözlənilməz oldu. Onları üstələyəcəyimizə inanırdıq. 

- Sloveniyada komanda üzvləri arasında ən az görüş keçirən siz oldunuz. 9 turdan cəmi 5-də oynadınız. Şəxsi nəticəniz də 3,5 xal oldu. İstər-istəməz belə fikir yaranır ki, çox oynasaydınız, komandaya faydanız daha artıq toxunardı. Hesab edirsiniz ki, daha çox matç keçirməli idiniz? 
- Doğrudur, oynasaydım, bəlkə, daha çox fayda verərdim. Amma bu, komanda yarışı olduğundan, ümumi strategiyaya uymaq gərəkdir. Əsas olan komandanın nəticəsidir. Komanda nəticə qazanıbsa, məncə, mənim az, ya çox oynamağım önəm kəsb eləmir.

- Yığma ilə birgə sentyabrda İspaniyada keçirilən dünya çempionatında çıxış edib, 1/4 finalda mübarizəni dayandırmışdınız. Həmin yarışda daha yaxşı nəticə qazanmağınıza nə mane oldu?
- Başlanğıcda yaxşı nəticələrimiz oldu, ancaq sonradan yarış praktikasının azlığı sözünü dedi. Bildiyiniz kimi, pandemiyaya görə şahmatda bir müddət klassik yarışlar olmadı. Sitces turniri bizim üçün bir növ hazırlıq əhəmiyyəti daşıdı. Pozitiv nəticəsini də Avropa çempionatında gördük.

- Şahmat Federasiyasına yeni prezident seçildi. Vitse-prezident Mahir Məmmədov artıq AŞF-nin rəhbəri oldu. Yeni prezidentdən gözləntiləriniz nədir?
- Mahir müəllim şahmatçılara həmişə dəstək olub. Avropa çempionatından öncə komanda ilə görüş keçirmişdi. Bağlanışdan sonra da bir araya gəldik, gələcək planlar haqqında danışdı, pozitiv fikirlər səsləndirdi. Düşünürəm ki, onun rəhbərliyi şahmatımıza yaxşı təsir göstərəcək.

 - Komandanın hazırlığının daha da artırılması, millinin, nəhayət, Olimpiadada da mükafata layiq yer tutması üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?
- Güclü mütəxəssislərlə intensiv təlim-məşqlər təşkil olunmalıdır. Rusiya komandasının əsas gücü onların nəzəri məşqçilərinin çoxluğundadır. Müasir dövrdə teoriya böyük önəm daşıyır. Loru dildə desək, əgər rəqibi variantda tutursunuzsa, bu, artıq bir xal deməkdir. Kompüter texnologiyası o qədər inkişaf edib ki, artıq 30 gedişə kimi variant hazırlanır. Sən onu öz beynində nə qədər tapmağa çalışsan da, effekti olmur. Sanki atletikada 50 metr geridən qaçmağa başlayırsan. Yarışdan 3-4 ay öncə təlim-məşq toplanışı təşkil olunmalı, komanda hərtərəfli hazırlanmalıdır. Bunlar olsa, Olimpiadadan da medal gətirərik.

- Son Avropa çempionatı öncəsi təlim-məşq toplanışı təşkil olunmuşdu?
- Xeyr.

- İki il əvvəlki analoji yarışdan əvvəl necə?
- Lənkəranda bir həftəlik toplanış təşkil olunmuşdu.

- Bilirik ki, siz şahmatla yanaşı, təhsilinizə də diqqət ayırırsınız. Bu barədə bir qədər məlumat verərsiniz. 
- Azərbaycan Dillər Universitetinin SABAH qruplarında ingilis dili müəllimliyi ixtisası üzrə bakakavr təhsili almışam. Magistraturanı İtaliyanın Roma şəhərində Amerikaşünaslıq üzrə oxumuşam. Keçən ilin sentyabrında diplom müdafiəm oldu.

- Ötən illər ərzində təhsilə verdiyiniz diqqətin şahmatda sizi geri saldığını düşünürsünüz? Ümumiyyətlə, təhsil və şahmat kimi gərgin zehni məşğuliyyət tələb edən iki işi bir arada mükəmməl səviyyədə yerinə yetirmək nə dərəcədə mümkündür?
- Əlbəttə, şahmat çox stresli, son dərəcə enerji və diqqət tələb edən idman növüdür. Düzü, özüm də son zamanlar bu barədə düşünmüşəm. Magistratura təhsili almasaydım, bəlkə də şahmatda daha yaxşı yerlərə gələrdim. 2017-ci ildə rapid üzrə olsa da, dünya çempionatında 4-7-ci yerləri bölüşmüşdüm. Bu, o zaman üçün çox yüksək nəticə idi. Bir yandan da fikirləşirəm, əksinə də ola bilərdi. Bir işi edirsənsə, onun pozitiv tərəfi kimi, neqativ yanı da var. Uşaqlıqda mükəmməlliyyətçiliyə çox meyilli idim. Hər hansı partiyada uduzmaq bir yana qalsın, heç-heçə etməyi də faciəyə çevirirdim. Amma indi düşünürəm ki, bu, yaxşı hal deyil. Mükəmməliyyətçilik çox böyük stresə gətirib çıxarır. Sadəcə, əlindən gələni, sevərək et, bu, kifayətdir.

- Yaxın gələcəkdə təhsil aldığınız sahə üzrə çalışmağı fikirləşirsiniz, ya hələlik planlarınız şahmatla bağlıdır?
- Açığı, planlarım başqa yöndədir. Planlarım barədə danışmağı sevmirəm. Reallaşsın, onda hamının xəbəri olacaq.

- "Başqa yön" dedikdə, şahmatla vidalaşmağınız mümkündür?
- Xeyr. Şahmatla məşğul olan hər kəs bilir ki, bu işlə vidalaşmaq mümkün deyil. Hələlik bu qədər (gülür).

- 25-30 dekabrda Qazaxıstanın paytaxtı Nur-Sultanda rapid və blits üzrə dünya çempionatı keçiriləcək. Bu yarışda iştirak edəcəksiniz?
- Hələ ki, qərar verməmişəm.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

Facebookdan bizi izləməyi unutmayın.
X