20:49 05.12.2021 364

\"Gözlənilməz qollar buraxdıq\" - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında belə danışıb:
 
“Gərgin və maraqlı oyunun şahidi olduq. Dinamik və sürətli futbola hazır olmalıydıq. İlk hissədə gözlənilməz qollar buraxdıq. Bundan sonra da yaxşı oynadıq. Matç bizim üstünlüyümüz şəraitində keçdi. Sonadək mübarizə apardıq. Rəqib böyük qüvvə ilə müdafiə olunurdu. 
 
Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bəzi məqamlarda biz daha üstün idik. Belə görüşlərdə qələbə qazanmaq çətin olur. Biz də 3 xal əldə edə bilərdik. Daha dəqiq olan və əlinə düşən fürsətlərdən yararlananlar istəyinə çatır. Elə oyunlar olur ki, pis çıxış edirsən və başında çoxlu suallar olur. "Qəbələ" "Qarabağ" kimi komandadan qol buraxmayıb. Səhvsiz mümkün deyil. Amma səhvləri minimuma endirə bilərik.
 
Rüstəm Nuriyevi oyundan çıxaranda tərəddüd etdim. Çox hərəkətli və aqressiv oyunçudur. Dəyişikliyin bir səbəbi var idi. Sadəcə, qorxdum. Rüstəm mübarizə aparırdı və istəkli idi. Sarı vərəqədən sonra qorxduğum üçün onu əvəzlədim.
 
Bu gün hakimlərə qarşı aqressiv deyildim. Xüsusilə də sarı vərəqə aldığım epizodu diqqətə çatdırmaq istəyirəm. O epizod sarı vərəqədirsə, bizim hakimlər hər matçda baş məşqçilərə vərəqə göstərməlidirlər. Mən tərəfdən hakimə qarşı nə təhqir, nə də sərt idadə olub. Sadəcə, sual vermişəm ki, bu sarı vərəqə deyil? Başımı tutub getdiyimə görə sarı vərəqə aldım. Belə halda sarı vərəqənin olacağını bilmirdim. Sən demə bunu etmək olmazmış. Dünyanın bir sıra tanınmış baş məşqçiləri hakimlərlə dialoqdadırlar və bəzən səs tonlarını qaldırırlar. Bu da oyunun gərginliyindən irəli gəlir. Heç kimin başqalarına şəxsi qərəzliyi yoxdur. Digər komandanın oyunlarında iki məşqçi ayaq üstə durur. Amma vərəqə almırlar. Başımı tutub çıxıb getdiyimə görə sarı vərəqə görmüşəm. Görməmişəm ki, bizim çempionatda oyuna iki dəqiqə əlavə edilsin. Bu, xırda şeylərdir. Bu mövsüm çempionatımızda rəqabət daha çoxdur. Görünən odur ki, növbəti turlarda qələbə və xal qazanmaq daha çətin olacaq. Hakimlikdən çox danışmaq istəmirəm".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

Facebookdan bizi izləməyi unutmayın.
X