"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Fransanın "Olimpik Marsel" klubu maliyyə problemi ilə üzləşib.
Fanat.Az xəbər verir ki, məlumatı sözügedən ölkənin "L Equipe" nəşri yayıb.
Xəbərə görə, Marsel şəhərinin eyniadlı təmsilçisi bu səbəbdən bəzi yüksək ödənişli futbolçularını satmaq niyyətindədir. Luis Enrike, Bubakar Kamara, Leanardo Balyerdi və Duye Çaleta-Tsar ilə yolların ayrılması gündəmdədir. Bu durum klubun qış fasiləsində yeni transferlər həyata keçirə bilməsi baxımından da önəmlidir.
Qeyd edək ki, "Qarabağ" "Olimpik Marsel"lə ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək. Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 00:00 və 21:45-də başlayacaq.