Cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi davam edir.
Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə qızlar və oğlanlar arasında ümumilikdə 6 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib.
Qızlarda Məryəm Bayramzadə (40 kq), Fidan Qasımova (52 kq) və Pərvanə Abdullayeva (70 kq) çempion olublar. Oğlanlarda isə baş mükafatlara Məhəmməd Məmişov (50 kq), Nicat Nağıyev (66 kq) və Tamerlan Cabbarov (90 kq) sahib çıxıblar.
Qeyd edək ki, ölkənin müxtəlif şəhər və rayonlarından 570-ə yaxın idmançının mübarizə apardığı yarışa bu gün yekun vurulacaq.