20:37 18.01.2022 507

Azərbaycanda Qış Olimpiya Oyunları ilə bağlı rəsmi təqdimat keçirildi

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Pekin-2022 Qış Olimpiya Oyunlarına həsr olunan rəsmi təqdimatı baş tutub.

Fanat.Az xəbər verir ki, "Park İNN" otelində keçirilən tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibi Azər Əliyev, Çinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qo Min, Naqano-1998-də Azərbaycanı təmsil etmiş fristaylçı Elbrus İsakov, Olimpiya çempionları və idman ictimaiyyətinin tanınmış nümayəndələri iştirak edib.

Tədbirdə əvvəlcə Pekin-2022-yə həsr olunmuş videoçarx nümayiş olunub.

Daha sonra Ç.Hüseynzadə və səfir Qo Min çıxış edərək idmançılara uğurlar arzulayıblar.

Ç.Hüseynzadə Azərbaycan idmançılarının Oyunlara hazırlığının əsas mərhələsinin artıq başa çatdığını bildirib: "Hər iki idmançı Olimpiadaya hazırdır. Artıq səfərə hazırlaşırlar. Ümid edirəm ki, onlardan gözlənilən nəticələri göstərəcəklər. Çox gərgin yarışlar olacaq. Bilirsiniz ki, bizdə əsas məsələ Qış Olimpiya Oyunlarında təmsil olunmaqdır. Hələlik medallar uğrunda mübarizə apara bilmirik. Əlbəttə ki, gələcəkdə bu da olacaq. Pekin olimpiadasında təmsil olunmaq bizim üçün xüsusi əhəmiyyətlidir".

Hüseynzadə vurğulayıb ki, 44 günlük müharibədən sonra Azərbaycan daha çox idman növündə təmsil olunmalıdır: "İdmançılarımız ölkənin hər sahədə tanınmasına dəstək olmalıdır. Bu mənada Pekin olimpiadasının bizim üçün uğurlu yarış olacağına inanırıq".

MOK-un vitse-prezidenti qış oyunları ilə bağlı federasiyaların gücləndirilməsi istiqamətində işlər getdiyini söyləyib: "Bəzi növlər var ki, onları inkişaf etdirə bilərik. Bizim artıq bazalarımız var. Bunlar turistik bazalar olsa da, onları idman bazalarına çevirmək asandır. Körlinq, şort-trek kimi idman növlərində də müəyyən uğurlar qazanmaq olar. Gələn qış olimpiadasında daha çox idmançı ilə təmsil olunmağı planlaşdırırıq".

Funksioner yarışın keçiriləcəyi Pekində COVID-19-la bağlı ən sərt qaydalar tətbiq olunacağını qeyd edib: "Pekində plasterlər yaradılıb. Bunlardan kənara çıxmaq qadağandır. İdmançì yalnız yaşadığı və yarışdığı yerdə ola bilər. Bu yerlər arasındakı məsafəni piyada getmək olmaz. Xüsusi nəqliyyat vasitələrindən istifadə olunmalıdır. Çin pandemiya ilə mübarizədə 2 ilin təcrübəsində nə qazanıbsa, bütün təhlükəsizlik qaydalarını tətbiq edəcək. Koronavirus baxımından ən sərt oyunlar olacaq. Bu yolla xəstəliyin qarşısının alınması planlaşdırılır. Çünki Tokio olimpiadasında bir neçə idmançı koronavirusa yoluxdu".

Səfir Qo Min Pekinin həm Yay, həm də Qış Olimpiya Oyunlarını qəbul edən yeganə şəhər olduğunu diqqətə çatdırıb. Diplomat Azərbaycanı Cənubi Qafqazın idman ölkəsi olduğunu vurğulayıb: "16 gündən sonra Olimpiada başlayacaq. 14 il sonra müqəddəs Olimpiya məşəli Çinə qayıdacaq. Pekin həm Yay, həm də Qış Olimpiadasını qəbul edən yeganə şəhərdir. Azərbaycan Cənubi Qafqazın idman ölkəsidir. Azərbaycanda idman sürətlə inkişaf edir və bu ölkənin atletləri beynəlxalq arenalarda yüksək nailiyyətlər əldə edir". 

Təqdimat mərasimi Azərbaycan milli komandasının rəsmi formasının nümayişi ilə başa çatıb.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları 4 - 20 fevralda keçiriləcək. Azərbaycanın fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova Olimpiadaya lisenziya qazanıblar.


 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

Facebookdan bizi izləməyi unutmayın.
X