"Neftçi"nin Antalyada son yoxlama matçının vaxtı dəqiqləşib.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt klubunun "Facebook" səhifəsi məlumat yayıb.
Yanvarın 24-də "Qurnik"lə (Polşa) keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, "Neftçi" buna qədər iki yoxlama oyununda qüvvəsini sınayıb. Bakı təmsilçisi "Visla" (Plotsk, Polşa) ilə 1:1, "Kişvarda" (Macarıstan) ilə isə 2:2 hesablı heç-heçə edib.