10:15 27.01.2022 740

Kanada millisinə baş məşqçi təyin olunan həmyerlimiz: \"Qəriblikdə işləmək asan deyil\"

Xəbər verdiyimiz kimi, azərbaycanlı futzal mütəxəssisi Elnur Qəmbərov Kanada millisinə baş məşqçi təyin olunub. 

Bir neçə ildi bu ölkədə yaşayan Qəmbərov təyinatı, planları, o cümlədən Avropa çempionatının final mərhələsində yarışan Azərbaycan millisi barədə Fanat.Az-a açıqlama verib. 

"Xəzər adaları"nın sabiq çalışdırıcısı Kanadanın əsas millisi ilə yanaşı, akademiyaya da nəzarət edəcək: "Məni A milliyə baş məşqçi təyin ediblər.  Eləcə də digər yığmalara - U-12, U-15, U-17 və qızlardan ibarət milliyə nəzarət edəcəm. Təyinatım gələn həftə rəsmiləşəcək. Bununla belə, artıq işə başlamışam, bu gün ilk məşqimiz olacaq. 

Bildiyiniz kimi, mən "Seymour" komandasında baş məşqçi çalışırdım. Kanada Futzal Federasiyazının prezidenti təsadüfən məni iş başında görüb, ona haqqımda məlumat veriblər. Milli üzvü olduğumu, Avropa çempionatında oynadığımı, Azərbaycan çempionu olduğumu deyiblər. Təklif etdi ki, futzal komandasına məşq keçim, onlar da baxıb qərar versinlər. Açığı, əvvəl razılaşmadım, ancaq ertəsi qərarımı bildirib məşq keçdim. Baxıb bəyəndilər.  

Mənim üçün normal şərait yaradıblar. İki köməkçi təyin olunub, biri qızdır, digəri qapıçılarla işləyən məşqçi. "Xəzər adaları"nda rəhbərliyim altında oynayan Oliveyranı dəvət etmişəm, alınsa, daha bir köməkçim o olacaq. Bundan başqa, Azərbaycandan bir mütəxəssisi bura gətirməyə çalışıram. Böyük futbolda işləyib, futzalda yox. Hələlik ad açıqlamaq istəmirəm, çünki alınıb-alınmayacağını bilmirik. Alınsa, millinin məşqçilər korpusuna daxil ediləcək". 

Elnur Qəmbərov ilk işinin Kanada millisini formalaşdırmaq olacağını deyib: "Düzdü, Kanadada futzal çempionatı keçirilir, baza, heyət var. Amma indiyə qədər işlər peşəkar səviyyədə qurulmayıb, millinin məşqçiləri işi futzal standartlarına uyğun təşkil etməyiblər. Bu baxımdan işim çox və ağır olacaq. Peşəkar futzal tamam başqadır. Çalışacağıq öhdəsindən gələk". 




Təcrübəli mütəxəssis futzal millimizin AÇ-dəki çıxışını da dəyərləndirib. Millimizin ötən gecə qrupun və yarışın favoriti sayılan İspaniyayla 2:2 oynamasına baxmayaraq, Qəmbərov şansları möcüzəyə bağlayır:

"Yarışa gözlədiyimdən də çox zəif start verdilər. Bilirdik ki, belə olacaq, hazırlıq prosesi bunu göstərirdi. Ukrayna və Belçika ilə yoldaşlıq görüşlərinə əsasən komandanın hazır olmadığı görünürdü. Eyni oyunçular, eyni braziliyalılar...

Vassura iki ilə yaxındır heç yerdə oynamır. Braziliyada 7X7-yə mini futbol oynamaq başqa, futzal başqa. Onu gətirib millidə "10 nömrə"ni vermək hansı məntiqə sığır? Vassuradansa, elə öz yerlilərimiz oynamalıdır. Başa düşürəm, Joze Alesio da Silva bizim vaxtımızdan yerliləri bəyənmirdi, legionerlərə daha çox güvənirdi. İnsafən, o dövrdəki legionerlər səviyyəli idi. O legionerlərlə indikilər arasında fərq yerlə göy qədərdir.

Alesio yaxşı mütəxəssisdir, ancaq 8 ildi nəticə vermir. Final mərhələlərinə adətən, qrup ikincisi kimi, həm də ortabab və ya daha zəif komandaları üstələyərək yüksəlir. "Araz Naxçıvan" isə daha zəif nəticələrlə yadda qalır. Fikrimcə, dəyişikliyin vaxtı çoxdan çatıb. Azərbaycan millisini çalışdırmaq istəyirəm? Əlbəttə, çağırsalar, sevə-sevə gələrəm. Kanadada işlərim uğurlu getsə də, bu ölkənin millisinə təyinat alsam da, Azərbaycan mənim vətənimdir. Qəriblikdə işləmək asan deyil. Mən və ya qeyrisi, əsas odur millini yerli mütəxəssislər çalışdırsın və onlara da azı Alesio qədər şans verilsin".

Mirağa  

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 Oktyabr 2023
11:25

Mudrik dən öncə daha 6 ukraynalı bunu bacarıb - ADLAR

11:07

De Xea Türkiyə klubuna keçə bilər 

10:52

"Real"ın oyunlarını televizordan izləyə-izləyə böyümüşəm, amma..." - Xviça Kvaratsxeliya

10:35

Kimmix "Kopenhagen"lə matçın asan alınacağını düşünür?

10:13

“Eyndhoven”dən Ozan Canlı qələbə

09:53

Ançelotti Modriçin ardıcıl 2 matçda ehtiyatda qalmasından danışdı

09:33

Benzemalı "Əl İttihad" meydana çıxmaqdan imtina etdi - SƏBƏB

09:05

Ançelotti Modriçi niyə oynatmadığını açıqladı

02:00

Boban Mitev “Sabah”ın tarixi qələbəsini şərh etdi

01:30

“Selta” səfərdən xalsız döndü

01:11

“Çelsi”dən səfərdə inamlı qələbə

00:55

“Fiorentina”dan darmadağın

00:15

Federasiya prezidenti Ağır Atletika Mərkəzi ilə tanış olub

02 Oktyabr 2023
23:59

Turun son matçında qolsuz heç-heçə

23:45

Gənc cüdoçular dünya çempionatına yola düşdülər

23:31

Ağırllıqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

23:15

Millimizin voleybolçusu Rumıniyada gümüş medal qazandı

23:00

Qadın taekvondoçulardan ibarət milli Cənubi Koreyada hazırlıq keçir

22:41

Rüstəm Orucovdan təxribat xarakterli çıxış edən erməni idmançıya cavab

22:22

“Sabah” Niderland klubuna qalib gəldi

22:00

Kütləvi Futbol Həftəsinə yekun vuruldu

21:41

Millimiz ilk oyunundan məğlub ayrıldı

21:21

Şuşa təmsilçisi avrokubok oyunlarına Polşada hazırlaşır

21:00

Azərbaycan yığmasının liderindən Gentdə qızıl medal

20:41

Millimizin üzvü Macarıstan klubu ilə daha bir kubok qazandı

20:21

“Qarabağ”ın rəqibindən tarixi rekord

20:00

“Gəncə”də argentinalı məşqçi

19:39

“Cəlilabad”ın ev oyunlarını keçirəcəyi məkan müəyyənləşdi

19:19

“Qəbələ” ilə oyuna psixoloji cəhətdən hazır deyildim”

19:00

“Əsas hədəf qrupda birinci yeri tutmaqdır” - “Sabah”ın kapitanı

18:38

“Zirə”nin əvəzediciləri “Araz-Naxçıvan”a məğlub oldu

18:19

“Baku Sportinq” səfərdə, “Cəbrayıl”la “Şəmkir” evdə qalib gəldi

18:00

"Barselona" vunderkindlə bağlı atdığı addımı rəsmən açıqladı

17:46

Super Liqa klubu baş məşqçisini istefaya göndərdi

17:29

"Rüfət Dadaşov top hücumçudur" - Rəqibin baş məşqçisi

17:11

"Qarabağ"la oyun..." - "Hekken"in futbolçusu qələbə arzulayır

16:54

"Çelsi"nin qış transfer hədəfi bilindi - 200 milyondan çox büdcə ayırdı

16:37

Varan Çempionlar Liqasının qalibi olacaqlarına inanırmı?

16:20

"Zədələnməsəydim, "Arsenal" çempion ola bilərdi"

16:03

"Yuventus" Turin derbisinə hücumçusuz çıxacaq

Facebookdan bizi izləməyi unutmayın.
X