Azərbaycan cüdoçusu Elcan Hacıyev (90 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.
Fanat.Az xəbər verir ki, yarımfinalda Aleks Kretini (Rumıniya) məğlub edən təmsilçimiz həlledici görüşdən də qələbə ilə ayrılıb.
Elcan finalda macarıstanlı Kristian Totu yenib.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala sahib çıxıb. Növbəti gün Hidayət Heydərov (73 kq) qızıl medal qazanmaqla dördüncü dəfə Avropa çempionu olub.