"Barselona"nın 16 yaşlı cinah hücumçusu Lamin Yamalın agenti Jorje Mendeş gənc ulduza elçi düşən PSJ-nin nümayəndələri ilə görüşüb.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, Mendeş bu keçid üçün Kataloniya nəhənginə 200 milyon avro ödəməyə hazır olan Paris klubunun rəsmilərinə Yamalın satılmadığını çatdırıb.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 44 matça çıxan Yamal 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Barselona" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Nihat