17:59 27.01.2022 366

Portuqaliyaya yollanan millimizdə kütləvi yoluxma - Federasiya açıqlama yaydı

Qran-Pridə iştirak etmək üçün Portuqaliyanın Almada şəhərinə yollanan cüdo üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma halı baş verib.

Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, idmançılardan Yaşar Nəcəfov (66 kq), Zaməddin Poladov (73 kq) və Rüfət İsmayılovun (90 kq) COVID-19 testi müsbət nəticə verib. Onların adları yarışın iştirak ərizəsindən çıxarılıb və bir qədər sonra başlayacaq püşkatma mərasimində olmayacaq.

Beləliklə, Azərbaycan turnirdə 6 kişi, 3 qadın idmançı ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyası sözügedən məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:

"Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komanda heyəti 26 yanvar 2022-ci ildə Portuqaliyanın Almada şəhərində 28-30 yanvar 2022-ci ildə keçiriləcək Qran Pri turnirində iştirak etmək üçün adıçəkilən şəhərə yola düşüb.

Səfərdən öncə Beynəlxalq Cüdo Federasiyasının (BCF) müəyyən etdiyi protokola uyğun olaraq, vaksin edilmiş heyət üzvlərindən bir dəfə, vaksin olunmamış heyət üzvlərindən isə (cəmi 3 nəfər) iki dəfə PCR testi götürülmüş, müvafiq sənədlər BCF-in elektron qeydiyyat sistemi üzərindən təşkilatçılara göndərilmiş və bütün müvafiq prosedurlar yerinə yetirildikdən sonra PCR test nəticələri neqativ çıxan heyət üzvləri Portuqaliyaya yola düşmüşlər.

BCF-in qaydalarına əsasən, iştirakçılar yarışın keçiriləcəyi yerə çatdıqdan sonra daha bir dəfə test verməlidirlər. Azərbaycan milli yığmasının üzvləri dünən Portuqaliyanın Almada şəhərinə çatdıqdan sonra onlardan bütün digər ölkələrdən olduğu kimi, yenidən PCR testi götürülüb. Təəssüf ki, Bakıda neqativ PCR nəticəsi olan bəzi heyət üzvlərimizdə bu dəfə pozitiv nəticə açıqlanmışdır.

BCF-in qaydalarına əsasən, pozitiv PCR nəticəsi olan heyət üzvləri yarışlara buraxılmır və ayrıca otaqlarda karantinə daxil edilir. Qeyd edək ki, hazırda pozitiv PCR nəticəsi olan milli komanda üzvləri Portuqaliya dövlət qaydalarına əsasən 7 günlük karantinə alınıblar.

Heyət üzvlərimiz özlərini yaxşı hiss edirlər, sağlamlıqlarında ciddi problem yoxdur və daimi həkim nəzarəti altındadırlar. Azərbaycan Cüdo Federasiyası onların müalicəsi üçün bütün lazımi tədbirləri həyata keçirir.

Qeyd edək ki, pozitiv PCR nəticələri tək Azərbaycanı təmsil edən idmançılarda deyil, digər ölkələrin idmançılarında da aşkar edilib və onlar da yarışlardan kənarlaşdırılıb.

Azərbaycan milli yığmasında pozitiv PCR testi olan heyət üzvlərinin sayı 2 (iki) nəfərdən çox olduğundan ilk testdə neqativ PCR nəticəsi olan təmsilçilərimizdən yenidən PCR testi götürülüb. Həmin testlərin nəticəsinə əsasən, sabahdan başlayacaq yarışlarda hansı təmsilçilərimizin mübarizə aparacağı dəqiqləşəcək. Bu məlumat bəlli olduqdan sonra adıçəkilən yarışda Azərbaycanı təmsil edəcək heyət üzvləri barədə ayrıca məlumat veriləcək".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X