Beynəlxalq Basketbol Federasiyası (FIBA) Rusiya yığmalarını və klublarını bu qurumun bayrağı altında keçirilən beynəlxalq yarışlardan məhrum edib.
Fanat.Az xəbər verir ki, məlumatı FIBA-nın rəsmi saytı yayıb.
Qərar Ukraynaya hərbi müdaxilə ilə əlaqədar verilib. Rusiya komandaları növbəti xəbərdarlığadək turnirlərdən kənarda qalacaqlar.