14:32 07.03.2022 1047

Aftandil Hacıyev "Səbail"dən gedir? - Klub rəsmisindən açıqlama

Çempionatın autsayderi "Səbail"in ətrafında söz-söhbətlər dolaşır. 

Fanat.Az-a daxil olan məlumata görə, paytaxt təmsilçisinin əvəzedici komandasının baş məşqçisi Azər Bağırov istefa verib, əsas komandanın çalışdırıcısı Aftandil Hacıyevin isə "Turan Tovuz"a gedəcəyi iddia edilir. 

Bütün bu məsələrə aydınlıq gətirmək üçün klub ilə əlaqə saxladıq. Suallarımızı "Səbail"in icraşı direktoru Fərəc Əliyev cavablandırdı:

"Azər Bağırovun klubdan gedəcəyi xəbəri doğrudur. Artıq onunla sağollaşmaq ərəfəsindəyik. Bağırovun "Araz Naxçıvan"a gedəcəyini özündən soruşsanız daha yaxşı olardı. Elə həmin kluba keçəcək. Onun yerinə kimisə axtarmırıq, elə komandanın akademiyasından Səbuhi Həsənovu bu posta təyin edəcəyik. Aftandil Hacıyevin "Turan Tovuz"a keçəcəyini isə Tovuz klubundan soruşun. Aftandil müəllim hazırda bizim baş məşqçimizdir. Belə bir söhbəti sizdən eşidirəm. Audit işlərinin isə klubda yox, elə Fərəc Əliyev üzərində gedəcəyinə dair mətbuatda xəbər gedib. Mən buna elə də reaksiya vermirəm. Komandanın sponsoru yeni deyil ki... Məni tanıyırlar. Klubda rəhbər dəyişikliyi xəbəri də yanlışdır. Hazırda sponsorlar daha böyük diqqət ayırır. Oyunlarımızı da gəlib izləyirlər. Mətbuatda çox şey yazılır, amma mən elə də reaksiya vermirəm. Zaur Axundovun bizim kluba gələcəyi xəbərini də elə sizin saytda oxumuşdum. Mənə belə bir məlumat gəlməyib". 

Klub rəsmisi "49" fan-klubunun fanşopun olmamasına etiraz etməsinə də münasibət bildirib: "Onlar bizim fan-klub deyil. "49" azarkeşlərinin "Səbail"in rəsmi fan-klubuna heç bir aidiyyatı yoxdur. O ki, qaldı klubun fanşopuna, onu açmağın heç bir mənası yoxdur. Ondansa açmamaq daha yaxşıdır. Biz onu gərək düzəldək, quraq və elə qiymət qoyaq ki, adi azarkeş də ala bilsin. Çeşid də çox olmalıdır. 40-50 manata geyim futbolkaları satışa çıxarıb "kim istəyir gəlsin alsın" deməklə olmur. Onda da fikir yaranacaq ki, azarkeşlər bir də bu sualı verməsin deyə açmışıq. Çalışırıq elə bir şey edək ki, həm çeşid çox olsun, həm də qiymətlər münasib olsun. Bunun nə zaman baş tutacağını dəqiq deyə bilmərəm. Bu günlərdə olmayacaq. Amma  planlarımıza daxildir və bunun üzərində çalışırıq. Keyfiyyət və alıcılar üçün səmərəli qiymət də bizim üçün vacibdir. 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:35

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

Facebookdan bizi izləməyi unutmayın.
X