"Liverpul"un və Braziliya millisinin qapıçısı Alison Beker Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasını - "İnter"lə oyunu (0:1) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, qolkiperin söylədiklərini "Sky Sport Italia" belə çatdırıb:
"Etiraf etməliyik ki, "İnter" səviyyəli oyunçulardan qurulmuş, əla komandadır. Rəqib futbolçuların bizə qarşı sərgilədikləri futbolla qürur duymağa haqqı çatır. Növbəti mərhələyə adlamaq üçün bütün güclərini meydanda qoydular.
Əlbəttə, məğlubiyyətə görə üzgünük. Amma belə çətin mübarizədən sonra yolumuza davam etdiyimiz üçün şadıq. Bilirdik ki, çətin olacaq... Növbəti qarşılaşmalarda daha yaxşı oynamalıyıq".
Qeyd edək ki, ilk oyunda 2:0 hesablı qələbə qazanan "Liverpul" evdə 0:1 hesabı ilə yenilərək 1/4 finala yüksəlib.
Nihat