10:25 29.04.2022 369

Lotereya oyunlarına maraq niyə artıb?

Azərbaycanda son vaxtlar ani lotereya oyunlarına marağın artması müşahidə edilir. İndi demək olar ki, bütün metrostansiyaların yaxınlığında, əhalinin sıx olduğu digər ərazilərdə lotereya satışının həyata keçirən çox sayda masaya rast gəlinir. Masaların sayı çox olmaqla bərabər burada öz bəxtini sınayan çox sayda insan da görmək olur.

Bəs, lotereya oyunlarına marağın bu dərəcədə artmasının səbəbi nədir?

Apardığımız müşahidələrdən ilkin olaraq bu qənaətə gəlmək mümkündür ki, lotereya oyunlarına marağı artıran 2 başlıca səbəb var. Birinci səbəb bu sahədə idarəetmənin və oyunların təşkilinin təkmilləşdirilməsi, ikinci səbəb isə oyunların çeşidinin, ümumi uduş fondunun və uduş imkanlarının artırılmasıdır.

Beynəlxalq təcrübənin tətbiqi ilə gələn yenilik

Azərbaycanda lotereya oyunlarının təşkili və keçirilməsinə cavabdeh olan qurum "Azərlotereya” ASC-dir. Bu qurum 2021-ci ilə qədər dövlət tərəfindən idarə edilirdi.

2021-ci ilin yanvarın 16-dan isə "Azərlotereya” ASC Türkiyənin tanınmış "Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi "YMT Sans B.V.” şirkətinə 10+5 illik müddətə idarəetməyə verildi. Bununla bağlı 2021-ci ilin fevralın 27-də müqavilə imzalanıb.

Son dövrlər lotereya və idman mərc oyunları sahəsində müəyyən dəyişikliklər müşahidə olunur, bazar üçün spesifik məhsullar təqdim edilməyə başlanıldı.

İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, dövlət şirkətlərinin idarəetməyə verilməsi müsbət dəyişiklikdir. Onun fikrincə, dövlət müəssisələri özəl sektorla müqayisədə zəif inkişaf edir. O qeyd etdi ki, özəl şirkətlər gəlirliliyinin təmin edilməsində daha maraqlı olur, bunun üçün müəssisələr daha səmərəli fəaliyyət göstərir. Bu baxımdan ekspert "Azərlotereya”nın idarəetməyə verilməsinin səmərəli olacağına inanır.

Ani lotereyalarda uduş imkanları

Son vaxtlar insanlarda ani lotereya oyunlarına marağın daha çox olduğu görünür. Ani lotereya oyunları arasında "40 000 000 Pul Yağışı”, "Brilliant 3”, "5X”, "Şans Ulduzu 4”, "Qızıl 5” oyunları var. Bu oyunlarla bağlı apardığımız araşdırma zamanı uduşların sayı, uduş fondu, maksimum uduş məbləği ilə bağlı məlumatlar topladıq.

"40 000 000 Pul Yağışı” oyunu üzrə 6 000 000 ədəd kart buraxılıb. Uduşlu biletlərin sayı 1 642 227 ədəd, uduş fondunun məbləği 40 797 000 manatdır. Burada yığılan pulun 68 faizi uduşa yönəldilir, maksimum uduş məbləği isə (6 ədəd) 200 min manatdır.

"Brilliant 3” lotereya biletlərinin ümumi sayı 10 000 000 ədəddir. Uduşlu biletlərin sayı 2 611 525 ədəd, uduş fondunun məbləği 33 500 000 manat (67%), ən böyük uduş məbləği (10 ədəd) 100 min manatdır.

"5X” lotereya biletlərinin biletlərinin ümumi sayı 10 000 000 ədəddir. Uduşlu biletlərin sayı 2 602 704 ədəd, uduş fondunun məbləği - 33 500 000 manatdır (67%). Bu oyunda ən yüksək uduş (4 ədəd) 100 min manatdır.

"Şans Ulduzu 4” lotereya biletləri 26 000 000 ədəd buraxılıb. Uduşlu biletlərin sayı 6 450 520 ədəd, uduş fondunun məbləği 32 322 400 manatdır (66%), ən böyük uduşun məbləği (8 ədəd) 50 000 manatdır.

"Qızıl 5” lotereya biletlərinin ümumi sayı 60 480 000 ədəddir. Uduşlu biletlərin sayı 13 674 988 ədəd, uduş fondunun məbləği 38 244 160 manatdır (63,23%), ən böyük uduşun məbləği (12 ədəd) 25 000 manat təşkil edir.

Böyük uduşları kim və necə qazanır?

Ani lotereyalarda böyük məbləğdə pul uduşları artıq bir neçə dəfə qeydə alınıb.

"Azərlotereya” tərəfindən açıqlanan məlumatlar əsasında apardığımız araşdırmada məlum oldu ki, bu il ərzində çoxsaylı böyük uduş qeydə alınıb. Ani lotereyalarda böyük uduşların sayı çox olsa da yalnız bəzi uduş sahiblərinin adı açıqlanıb. Bununla bağlı "Azərlotereya”dan bildirdilər ki, qaliblərin adının açıqlanıb-açıqlanmaması onların qərarı deyil. Bu məsələdə qanun uduş sahibinin istəyi olmadan onun adının ictimailəşdirməsini qadağan edir.

Adlarının açıqlanmasına icazə verənlər - Quba sakini Rahim Mayılov "Brilliant” ani lotereyasında 100 000 manat, Beyləqan sakini Elşən Məmmədəliyev "Şans ulduzu” ani lotereyasında 50 000 manat, Qəbələ rayonunda Qərib Hüsənov və Füzuli rayonunda Mahir Qarayev "Qızıl” lotereyasında 25 000 manat, Ağcabədi rayon sakini Cahandar Süleymanov isə "40 000 000 Pul Yağışı” ani lotereyasında 200 000 manat məbləğində böyük uduş qazanıblar.

Vətəndaşlar nə deyir?

Qeyd etdiyimiz kimi, ani lotereyada böyük uduşlardan biri Füzuli rayon sakini Mahir Qarayevə qismət olub. M.Qarayev deyir ki, fevral ayında Füzuli rayonunda "dördyol” adlanan ərazisində yerləşən bazarda 3 ədəd bilet alıb. Biletlərin birindən 25 min manat uduş qismətinə düşdü.

Füzuli sakini əvvəllər də bilet aldığını və 3,5,10 manat udduğunu söylədi. Fevral ayındakı uduş isə onu çox sevindirib: "Ən çox "Qızıl” lotereyasını alırdım. Dəfələrlə uduşlarım olub, amma uduş məbləğləri çox böyük olmurdu. Həmişə ümid edirdim ki, mənə də böyük uduş düşəcək. Arzulayırdım ki, yüksək uduş qismətim olar, evimi tikərəm. İndi udduğum pulu sahib olduğum torpaq sahəsində ev tikmək üçün xərcləyirəm”.

Lotereya oyunları haqqında digər vətəndaşların da fikirlərini öyrəndik. Bu məqsədlə Bakının "28 May” metrostansiyanın ətrafına üz tutduq. Metrostansiya yaxınlığında lotereya satışını həyata keçirən bir neçə masa var. Hər gün bu masalara yaxınlaşan çox sayda insan lotereya oyunlarında şansını sınayır.

Masa ətrafında oyunları izləyən Bakı sakini Rauf bildirir ki, o, lotereya oyununda şansını yoxlamayıb. Rauf lotereya bileti almaq, onunla risk etməkdən ehtiyat edir. Onun qənaətincə bu, asılılıq, oyunlara bağlılıq yarada bilər.

Paytaxt sakini Kənan adlı şəxs lotereya oynadığını dedi. Kənan maddi durumun yaxşılaşdırmaq üçün bilet aldığını söylədi. Həmsöhbətimiz bir neçə dəfə şansını yoxladığını və ara-sıra 10-15 manat udduğunu bildirdi. Kənanın sözlərinə görə onda lotereyaya maraq yaradan əsas səbəb tanıdığı insanların bir neçəsində uduşların olmasıdır: "Kiçik və hətta böyük uduşlar olur. Bu məndə maraq yaratdı və ümid edirəm ki, mənim də qismətimə böyük uduşlar düşəcək”.

Nahid isə bir neçə dəfə bilet aldığını, qonşusunun udduğunu, buna görə də həvəsləndiyini söylədi. O ümid edir ki, daha çox pul udub problemlərini həll edəcək.

Kasıbların oyunu, yoxsa asan yolla varlanmaq?

Psixoloq, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov isə lotereya oyunlarına marağın artmasını psixoloji amillərlə əlaqələndirdi. Onun fikrincə, bu oyunlara maraq insanların kasıb və ya varlı olmasından asılı olmayaraq yaranır.

R.Nəcəfov hesab edir ki, lotereya və bu kimi digər oyunlar maddi qazanc imkanı yaratdığından insanlarda həyəcan və əyləncə yaradır: "İnsanlar kiçik məbləğdə pullar qoyaraq daha çox məbləğlər əldə etmək istəyir. Bu oyunlara maraq insanların rahat maddi qazanc istəklərinə bağlıdır.

"Azərlotereya” ASC isə lotereya ilə maraqlananlara tövsiyə edir ki, lotereya oyunlarına bir əyləncə, şanslarını sınamaq kimi baxsınlar:

"Biz insanlara məsləhət görürük ki, lotereya oyunlarını məsuliyyətlə oynasınlar. Lotereya oynamağa, şansını sınamağa əyləncə kimi baxmaq, lotereya oyunlarına qoşulmağa asudə vaxtının xoş keçirilməsi kimi yanaşmaq lazımdır”.

Müşahidələrimiz və araşdırmalarımız göstərir ki, insanları lotereya biletləri almağa sövq edən, cəlb edən amillər müxtəlifdir. Psixoloji amillər, pul qazanmaq və ya varlanmaq istəyi səbəblərin bəziləridir. Digər səbəblərlə bağlı mövzuya növbəti yazılarımızda toxunacağıq.

Mənbə: sfera.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyun 2024
12:00

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR 

11:32

"Arsenal" Zinçenko ilə bağlı qərarını verdi

10:55

Günün oyunları bu kanallarda - AFİŞA

10:26

"Qarabağ" ÇL-ə ikinci mərhələdən başlayacaq

10:00

Azərbaycan millisi Avropa Çempionatında mübarizəyə başlayır 

09:30

Niderlandlı oyunçu İtaliya çempionundan ayrılacaq

09:00

Azərbaycan Kuboku: "Qarabağ" "Zirə"yə qarşı - YENİLƏNİR 

00:51

"Real" ÇL-in qalibi oldu

01 İyun 2024
23:09

Asif Əsgərov UEFA-nın komitəsinin iclasında iştirak etdi

21:23

Qəbələdə şəhid övladları üçün yay düşərgəsi başlayıb

18:44

"Napoli"nin futbolçusu Ronaldunun komandasına keçə bilər

18:22

Rəşad Sadıqov final oyunu barədə fikirlərini bölüşdü

17:35

Neymar son nöqtəni qoydu - Gedir?

01 Yanvar 1970
04:00

17:14

"Zirə"yə qarşı oynamaq həmişə çətindir" - Qurban Qurbanov

16:49

"Şamaxı" Əbili də yola saldı

16:26

Misli Premyer Liqasında yeni mövsüm bu tarixdə start götürəcək

15:55

ABŞ şirkəti "Everton"u ala bilmədi

15:39

"Real" Londona uça bilməyən azarkeşlərinin könlünü belə alacaq

14:57

Bunu Azərbaycan Kubokunda 3 komanda bacarıb

14:28

"Qalatasaray" Mertenslə bağlı qərarını verdi

14:00

Rafinya Səudiyyə Ərəbistanı klubunda?

13:26

Sarriyə rekord məbləğdə təklif

13:10

"Qalatasaray" "Barselona"nın ulduzuna göz dikib

12:46

Azərbaycan yığması son oyununu keçirəcək

12:22

"Kuboku əldən vermək qorxusu da var" - Ançelotti

11:58

Terziç finaldan öncə belə danışdı

11:27

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı

10:19

Ronaldu göz yaşlarına hakim ola bilmədi - FOTO

10:00

Pulsuz mərc gəldi

09:00

Ronaldunun komandası Kral Kubokunu qazana bilmədi

31 May 2024
23:04

Azərbaycan yığması Türkiyəyə uduzdu

20:20

London nəhənginin iki forvardı klubu tərk edəcək

19:35

Qasperini İngiltərədən aldığı əla təklifi geri çevirdi - Özü açıqladı

04:00

04:00

04:00

18:44

A Seriyasının ən yaxşısı klubundan ayrılır? - Bu tələbi rəhbərliyi qane etmədi

17:43

"Sumqayıt" hücumçusu ilə vidalaşdı

17:19

Azərbaycan Avropa çempionatına 4 atletlə qatılacaq

Facebookdan bizi izləməyi unutmayın.
X