"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandasının Çempionlar Liqasının finalında "Liverpul"a qarşı keçirəcəyi oyunla bağlı gözləntilərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı Ançelottinin söylədiklərini belə çatdırıb:
“Finalda daha bir güclü rəqiblə oynayacağımız üçün şadam. Biz belə matçlara öyrəşmişik. Bizi inanılmaz futbol gecəsi gözləyir. Mənim üçün "Liverpul"la final derbi kimidir, çünki mən "Everton"lu olaraq qalıram".
Qeyd edək ki, Ançelotti 2019-2021-ci illərdə “Everton”u çalışdırıb.
Emin