12:23 10.05.2022 391

“Sabah”, yoxsa “Qəbələ”? - Tura baxış

Azərbaycan Premyer Liqasının 26-cı turu bir-birindən maraqlı nəticələrlə yadda qaldı.

“Sumqayıt” 15 oyunluq fasilədən sonra qələbəyə sevindi.

“Sabah”ın “Səbail”ə, “Qəbələ”nin isə “Neftçi”yə qalib gəlməsi ilk sıralarda xeyli sıxlıq yaratdı. “Zirə”, “Qəbələ” və “Sabah” bir-birini amansız təqib edir.

“Səbail” – “Sabah”0:2 
Qollar:
Boyan Letiç, 15. Lukas Rangel, 36

Aleksey İsyaev 2-ci dəqiqədə penaltini boşa verib.

“Sabah” Bayıla favorit kimi gəlmişdi. Təbii, “Səbail”in doğma meydanda keçirdiyi oyunlarda yeganə üstünlüyü “ASCO Arena”nın yararsız süni örtüyü idi. Bu örtüyə qalib gəlməyi bacaranlar elə “Səbail”i də məğlub etmiş sayılırlar. “Sabah” səviyyə fərqini və qələbə istəyini ilk dəqiqələrdən ortaya qoydu. Artıq 2-ci dəqiqədə hesab açıla bilərdi. Amma Aleksey İsayev elə onun özünə qarşı cərimə meydançasındakı kobud oyuna görə təyin edilən penaltini boşa verdi. Onun zərbəsindən sonra top “çərçivə”dən yan keçdi. Penaltiyə səbəb olan Camal Araqo hesabın açılmamasından müəyyən təsəlli tapdı.

Düşünmək olardı ki, bu büdrəmə “Səbail”i həvəsləndirəcək, “Sabah”ı isə ruhdan salacaq. Lakin səviyyə fərqi bu ehtimalların doğrulmasına imkan vermədi. Rəqibi qapısına doğru sıxışdıran “Sabah” 15-ci dəqiqədə hesabı açdı. Letiç “Səbail”in dörd müdafiəçisinin əhatəsindən topu ustalıqla tora göndərdi. Adil Nağıyev komanda yoldaşlarına rəqibi necə dayandırmaq lazım olduğunu göstərməyə çalışsa da, artıq gec idi. Fasiləyə qədər “Sabah” daha bir dəfə fərqləndi. Rangel künc zərbəsindən havalandırılan topu gənc Hüseynəli Quliyevin qorumağa çalışdığı qapıdan keçirdi. Bundan sonra “Sabah”ın qələbə qazanacağına heç kimin şübhəsi qalmadı.
Masazır təmsilçisi artıq avrokubok ümidlərini xeyli artırıb. Bu qələbə sayəsində komanda xalını 39-a yüksəltdi. Masazırlılar 5-ci sırada qərarlaşıb. “Səbail” isə 15 xalla sonuncudur.

“Qarabağ” – “Zirə” 0:0

Ötən tur çempionluğunu rəsmiləşdirən “Qarabağ” “Sabah”la oyunda qələbə qazana bilməmişdi. “Zirə” ilə oyunda da “köhlən atlar” meydanı qələbəsiz tərk etdi. Bu dəfə tablodakı sıfırları dəyişmək mümkün olmadı. Amma ədalət naminə onu qeyd etməliyik ki, “Qarabağ” rəqibindən üstün idi və qol vurmaq üçün xeyli imkan qazandı. Di gəl ki, bu fürsətləri dəyərləndirmək mümkün olmadı.

“Qarabağ”la “Zirə”nin bu qarşılaşmasını həm də kubokun finalına məşq də saymaq olar. 90 dəqiqənin gedişi onu göstərdi ki, Qəbələdəki finalda “Qarabağ”ı heç də asan oyun gözləmir. Çünki “Zirə” yaxşı müdafiə olunmaqla “Qarabağ”ın hücumçularının “ayağını bağlamağı” bacarır. Bir məqamı da qeyd etməliyik ki, Qurban Qurbanov bu qarşılaşmada əsas heyətin əksər üzvlərinə istirahət vermiş, nisbətən az oynayan futbolçulara şans vermişdi. Oyundan sonrakı açıqlamasında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da məhz bu məqamı qabardaraq rotasiya etmək şanslarının olmamasından şikayətləndi.

Çempion “Qarabağ” xallarının sayını 50-ə çatdırdı. Komandanın mövsüm ərzində cəmi bir dəfə məğlub olması da yetərincə maraqlı göstəricidir. 43 xallı “Zirə” isə 3-cü pillədən "bərk yapışıb". 

“Sumqayıt” – “Şamaxı” 2:0
Qollar:
Əli Qurbani, 31, 78.

“Sumqayıt” tilsimi sındıra bildi. “Gənclik şəhəri”ni təmsil edən komanda 15 oyunluq fasilədən sonra qələbə həsrətinə son verdi. Maraqlıdır ki, “Sumqayıt”ı sevindirən qolların hər ikisinə milliləşdirilmiş hücumçu Əli Qurbani imza atdı. Özü də Qurbani hər iki qolu “Şamaxı”nın qapısından “asma”dan sonra başıyla keçirdi. Bu qələbə həm də Aleksey Baqa üçün ilk idi. Yağışlı havada “Kapital Bank Arena”nın tribunalarını dolduran azarkeşlər komandalarını sonadək dəstəklədilər və bu dəstəyin mükafatı sonda 3 xal oldu. 

Düzdür, bu qələbə komandaların turnir cədvəlindəki yerinə təsir göstərmədi. 18 xala malik “Sumqayıt” yenə də 7-ci, 21 xalı olan “Şamaxı” isə 6-cı sırada qərarlaşıb. Amma nəzərə almaq lazımdır ki, “Sumqayıt”ın ehtiyatda bir oyunu var. Deməli, hadisələrin gedişatından asılı olaraq, bu komandaların yerdəyişməsi baş verə bilər.

“Qəbələ” – “Neftçi” 1:0
Qol:
İsnik Alimi, 76.

“Neftçi” Qəbələdə yerli komandaya uduzdu və azarkeşlər baş məşqçi Samir Abasovu istefaya səslədi. Turun iki yaddaqalan hadisəsindən biri isə Samir bəyin oyundan sonrakı açıqlamalarıdır. Şübhə etməyə dəyməz ki, onun bu açıqlamaları uzun müddət gündəmdən düşməyəcək və fanatlarla çalışdırıcı arasındakı “soyuq savaş” uzun müddət davam edəcək.

“Qəbələ” isə layiqli 3 xal qazandı. “Qırmızı-qaralar” ilk dəqiqələrdən üstün görünür, qol vurmaq üçün daha çox çalışırdılar. Orası da var ki, “Zirə”nin bir gün qabaq xal itirməsi sayəsində “Neftçi” 2-ci pillədəki yerini özü üçün təmin etmişdi. Başqa sözlə, 50 xalı olan “ağ-qaralar” gümüş medalları vaxtından əvvəl "özəlləşdirib". Bəlkə də elə bu məqam ölkənin ən qocaman klubunun Qəbələdəki sönük oyununu şərtləndirən əsas amil idi.

“Qəbələ” üçün isə mübarizə bitməyib. Ardıcıl iki oyunda qələbə qazanan “qırmızı-qaralar” 41 xalla 4-cü sırada qərarlaşıb. Elmar Baxşıyevin komandası avrokubok mübarizəsini davam etdirir.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

Facebookdan bizi izləməyi unutmayın.
X