Mayın 21-22-də İspaniyanın Malaqa şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanı 4 qız cüdoçu təmsil edəcək. Bunlar Könül Əliyeva (48 kq), Zeynəb Məmmədova (52 kq), Səbinə Əliyeva (57 kq) və Nərmin Əmirlidir (78 kq).
Qeyd edək ki, Avropa Kubokunda 29 ölkədən 357 cüdoçunun iştirakı gözlənilir.