15:24 16.05.2022 338

Millimizə gələn iranlı dünya çempionu: \"Cəsur insanlar həmişə qalib gəlir\"

Avropa Cüdo Birliyinin rəsmi saytında iranlı dünya çempionu Səid Mollayinin Azərbaycan yığmasına keçidi ilə bağlı yazı yayımlanıb.

Fanat.Az xəbər verir ki, məqalədə 81 kiloqram çəki dərəcəsində çıxış edən titullu idmançının Azərbaycan millisində yer alması hər iki tərəf üçün perspektivli addım kimi qiymətləndirilib.

Yazıda Mollayinin fikirlərinə də yer verilib. Olimpiya mükafatçısı Azərbaycan bayrağı altında çıxış edəcəyi üçün sevincli olduğunu və yüksək nəticə qazanacağına əminliyini ifadə edib:

“Mənim ailəm əslən azərbaycanlıdır, mədəniyyətimizi və dilimizi yaxşı bilirəm. İnanıram ki, Paris Olimpiya Oyunlarında nəticəm Tokiodakından daha yüksək olacaq”. 

Almaniyada dəfələrlə təlim-məşq toplanışlarına qatılan Mollayi yığmanın baş məşqçisi Rixard Trautmanı təcrübəli məşqçi kimi tanıdığını bildirib.

2019-cu ilədək İranı təmsil edən edən, daha sonra isə Monqolustan bayrağı altında yarışlara qatılan 30 yaşlı idmançı qarşısına çıxan maneələri aşmasından danışıb:

"Çox çətin həyatım olub, lakin indi azad insan olduğum üçün xoşbəxtəm. Cəsur insanlar hər zaman qalib gəlir”. 

Qeyd edək ki, Səid Mollayi dünya çempionu titulunu 2018-ci ildə Bakıda qazanıb. O, 2019-cu ildə Tokioda keçirilən dünya çempionatında yaşanan qalmaqaldan sonra İran vətəndaşlığından imtina edib. Belə ki, Mollayi mundialda İsrail cüdoçusu Saqi Muki ilə üz-üzə gəlmək ehtimalı olduğuna görə, yerli rəsmilərin təzyiqi ilə üzləşdiyini, qarşısına yarışdan imtina tələbi qoyulduğunu bildirmişdi. Təzyiq səbəbi ilə o, Almaniyadan sığınacaq istəmiş, sonradan isə Monqolustanın o vaxtkı dövlət başçısı və Cüdo Federasiyasının prezidenti Xaltmaaqiyn Battulqanın dəvəti ilə bu ölkənin cüdo millisində yarışmağa başlamışdı. İdmançı 2021-ci ildə Monqolustana Tokio Yay Olimpiya Oyunlarının gümüş medalını qazandırıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

Facebookdan bizi izləməyi unutmayın.
X