13:13 17.05.2022 320

\"Büdcəmiz son iki mövsümdəkindən çox olacaq\" - \"Səbail\"in icraçı direktoru

Növbəti mövsümdə böyük dəyişikliklərə məruz qalacağı gözlənilən klublardan biri "Səbail"dir. Baxmayaraq ki, paytaxt təmsilçisi gələn çempionata da baş məşqçi Aftandil Hacıyevlə start verəcək.  

"Səbail"in icraçı direktoru Fərəc Əliyev Fanat.Az-a açıqlamasında həm baş məşqçi ilə müqavilə yeniləmələrinin səbəbinə aydınlıq gətirib, həm də növbəti mövsümlə bağlı aydın mesaj verib: 

"Aftandil Hacıyev tanıdığımız mütəxəssisdir. Biz onunla çempionatın bürünc medallarını qazanmışıq. Avrokubokda da zəif çıxış etmədik. Sadəcə, püşkdə bəxtimiz gətirmədi ki, Rumıniyanın "Universitatya" (Krayova) klubu kimi təcrübəli, güclü rəqiblə düşdük. Sonrakı iki ildə isə büdcədə azalma baş verdi. Maliyyə problemlərimiz var idi. Bu üzdən nəticələrimiz yaxşı olmadı. Baş məşqçiyə də çətin idi, kluba da. Artıq pul problemimiz yoxdur. Sağ olsun sponsorlarımız, ödəmələri vaxtlı-vaxtında edir, borcumuz qalmayıb. Növbəti mövsümdə büdcənin artırılacağına vəd veriblər. Yəni transferlər üçün ayrılacaq məbləğ son iki mövsümdəkindən yaxşı olacaq. Belədə, qərara gəldik ki, pis vaxtda da yanımızda olan Aftandil müəllimlə davam edək. Normal büdcə və transferlər olandan sonra o, nəticə verməyi bacaran mütəxəssisdir".

"Dənizçilər" 2022/23 mövsümündə həm də yeni örtüklü stadionda oynayacaq. İcraçı direktor süni örtüyün dəyişdiriləcəyi tarixi açıqlayıb:

"Sirr deyil ki, örtük sıradan çıxıb. Mövsümün sonunu gözləyirik ki, dəyişək. Mənə deyilib ki, iyunun 1-dən işlərə start veriləcək. Proses uzun çəkməyəcək. Yay aylarında qazon yenisi ilə dəyişdiriləcək ki, komanda yeni mövsümündən öz stadionumuzda - "ASCO Arena"da çıxış etsin. Bildirilib ki, örtük yüksək standartlara uyğun ən son model olacaq".

Hazırda "Səbail"in U-16 komandası və əvəzediciləri baş məşqçisizdir. Fərəc Əliyev bu məsələyə də münasibət bildirib: 

"Samir Zərgərov akademiyaya mövsümün gedişində gəlib. Onunla müqavilənin müddəti mayın 31-də başa çatacaq. Həm U-16-nın, həm də əvəzedici komandanın baş məşqçisinin kimliyinə yaxın günlərdə aydınlıq gətirməyə çalışacağıq. Bir həftə, on gün içərisində klubdaxili iclasımız olacaq. Rövşən Babayev? Onunla danışığımız olmayıb. Qeyd etdiyim kimi, yaxın günlərdə məşqçi təyinatları ilə bağlı məlumat veriləcək".

"Səbail" rəsmisi hazırda vakant olan mətbuat katibi postu ilə bağlı iki-üç namizədlərinin olduğunu, həftə ərzində klubun yeni sözçüsünün adının açıqlanacağını deyib.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

Facebookdan bizi izləməyi unutmayın.
X