23:11 27.05.2022 267

Qurban Qurbanov: \"Dostlarımdan heç nəyi gizlətmirəm\"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Qəbələdə Azərbaycan Kubokunun finalında "Zirə"ni məğlub etdikləri oyundan (1:1 pen. 4:3) sonra ənənəvi mətbuat konfransına qatılıb.

Fanat.Az xəbər verir ki, 50 yaşlı çalışdırıcı görüşü belə dəyərləndirib:

“Rəşadı və komandasını təbrik edirəm. Yaxşı mövsüm keçirdilər və bu gün də yaxşı oyun göstərdi. Həqiqətən də bu gün qalib olmağa layiq idi. Bütün incəliklərə toxunmuşdu. 

Rəqib bərk futbol oynayırdı. Fikirləşirəm ki, futbolçularım bir az ayıldı. Bu matç oyunçularımı silkələdi, daha sərt, mübarizəli oyuna hazırlaşmaq imkanı yaratdı. Bu, mövsümün ən gərgin oyunlarından biri oldu.

Yeni mərkəz müdafiəçisi ilə anlaşmamız yoxdur. Bir neçə futbolçu ilə danışıqlar gedir. Kimlərlə yollarımızı ayıracağımıza aydınlıq gətirməmişik. Növbəti iki gün ərzində hər şeyi konkretləşdirəcəyik. 

5 ildən sonra “Qızıl dubl” etməyimiz çox xoşdur. Həm çempionatda, həm də kubokda iddialı olmuşuq. Bundan sonra da belə olacağıq. Bu bir daha göstərir ki, kubok başqa bir prestijdir.

Avropada əldə etdiyimiz uğurlardan məmnunuq. Əldə etdiyimizi minimum qorumağa çalışırıq. Hər şeyə real baxmaq lazımdı. Rəhbərliklə ilboyu görüşlərimiz olur. Bəzən rəhbərlikdən və bizdən asılı olmadan istədiklərimizi tam əldə edə bilmirik.

10 ballıq şkala ilə komandaya bu mövsümkü çıxışına görə elə 10 bal verərdim. Çox əziyyət çəkdilər. Çox vacib oyunlarda qalib gəldik, futbolçular işlərinə ciddi yanaşdılar. Təkcə uğura görə yox, çəkdikləri əziyyətə görə 10 bal düşür.

Digər rəqiblərə qarşı bir cür, Rəşada qarşı başqa cür hazırlaşıram. Çünki o, daha çox düşünməyə məcbur edir. Bu gün də bütün detalları təhlil eləmişdi. Bu, onun bacarığı, böyüklüyü, peşəsinə olan sevgisidir. Çox güclü dostluğumuz var. Bizi dost edən belə işlərdə bir-birimizə güzəştə getməməyimizdir. Rəşad Sadıqova qarşı oynamaq nə qədər xoşdursa, bir o qədər də çətindir. Onun hər bir uğuruna sevinirəm. Rəşadın qarşıda əldə edəcəyi böyük uğurlar çoxdur". 

"Belə deyim var ki, müəllim tələbəsinə hər şeyi öyrədir, amma bir şeyi gizli saxlayır. Həmin o gizli olan nədir?" sualına isə Qurbanov belə cavab verib: 

"Dostlarımdan heç nəyi gizlətmirəm".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

Facebookdan bizi izləməyi unutmayın.
X