Azərbaycanın basketbol üzrə U-18 yığması iyunun 14-də Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına başlayıb.
Fanat.Az xəbər verir ki, Avropa çempionatına hazırlıq məqsədi daşıyan toplanış çərçivəsində millimiz bu gün yerli "Darruşafaka U-18" kollektivinin qonağı olub. Qarşılaşma yığmamızın 68:61 hesablı qələbəsi ilə başa çatıb.
Komandamızın ən məhsuldar basketbolçusu 32 xalla Əli Həsənov olub. Səid İsmayılov isə oyunu 18 xal və 10 assist ilə tamamlayıb.