17:15 17.06.2022 396

\"İrəvana getsəydik, birinci ola bilərdik\" - MÜSAHİBƏ

Azərbaycanın tanınmış veteran boksçusu, Olimpiya Oyunlarının və Avropa çempionatlarının mükafatçısı Şahin İmranov Fanat.Az-a müsahibə verib.

Boks Federasiyasının tərkibində yeni formalaşan Veteranlar və Çempionlar Komitəsinə sədr təyin olunmuş 42 yaşlı mütəxəssis rəhbərlik edəcəyi qurumun görəcəyi işlərdən və digər məsələlərdən danışıb.

- Şahin bəy, mayın əvvəlində keçirilən Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin iclasında qurumda yeni Veteranlar və Çempionlar Komitəsinin yaradılması ilə bağlı qərar qəbul edildi. Həmin komitəyə rəhbərlik də sizə həvalə olundu. Komitə fəaliyyətə nə vaxtdan başlayacaq, görəcəyi işlər nədən ibarət olacaq? Bunlar barədə ətraflı məlumat verərsiniz.
- Federasiya prezidenti Sahil Babayev boks ictimaiyyəti ilə son görüşündə bildirdi ki, mən sizinlə tez-tez görüşə bilməyəcəyəm, bu səbəbdən yaxşı olar, belə bir komitə yaradılsın, sizin sözünüzü, təkliflərinizi mənə həmin komitənin sədri çatdırsın.  Qərara gəlindi ki, komitəyə sədrlik edim. Hazırda komitənin əsasnaməsi üzərində son işlər gedir. Yaxın zamanlarda hazır olacaq. Ümumi deyə bilərəm ki, komitənin fəaliyyəti çoxşaxəli olacaq. Əsasən bölgələrdə boksun inkişafına çalışacağıq. Mütəmadi olaraq regionlarda görüşlər təşkil edəcək, zallara baxış keçirəcəyik, çatışmazlıqları üzə çıxarıb, müzakirələr aparacaq, həllinə çalışacağıq. Boks veteranlarının problemləri ilə maraqlanacaq, bütün yaş qrupları üzrə yığmaların məşqçi və idmançı heyəti ilə işlər aparacağıq. Yarışlarda əldə olunan nailiyyətlər analiz olunacaq, 

- Komitənin neçə üzvü olacaq, qurumda kimlər yer alacaq?
- Sədr və müavinlə birlikdə komitə 19 nəfərdən ibarət olacaq. Tanınmış veteran boksçuların, demək olar, hamısı aramızda cəmləşəcək. Bunlar Fuad Aslanov, Vüqar Ələkbərov, Ağası Məmmədov, Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, Əli İsmayılov, Emil Məhərrəmov, gənclərdən Elvin Məmişzadə, Elvin İsayev və digərləridir.

- Ölkədə boksun inkişafı üçün bölgələrə diqqət ayrılmasının önəmini əvvəlki müsahibələrinizdə dəfələrlə vurğulamısınız. Əsasən hansı regionlara nəzər yetirilməsi vacibdir?
- Azərbaycanda böyük boks ənənəsi olan yerlər Gəncə zonası, Cənub bölgəsi və Sumqayıtdır. Siyəzən, Salyan, Neftçala və digər bölgələrdən də zaman-zaman yaxşı boksçular çıxıb. Çalışacağıq ki, adını ilk çəkdiyim üç bölgə başda olmaqla bütün regionlara diqqət ayrılsın.

- Artıq dörd aydır ki, Boks Federasiyasında rəhbər dəyişib. Sahil Babayevin gəlişindən sonra bu idman növündə nə dəyişib?
- Cənab nazirin ayağı düşərli oldu. Komandalarımız gənclərin və 22 yaşadək boksçuların Avropa çempionatında yaxşı nəticələrə imza atdı. Ümumi gedişat nikbin danışmağa əsas verir. Biz də veteran idmançı kimi çalışacağıq ki, bizə həvalə olunan işdə boksun inkişafına töhfə verək. 

- Bu ilin təqvimində əsas boks yarışı ötən ay İrəvanda təşkil olunan Avropa çempionatı idi. Lakin məlum səbəblərdən Azərbaycan yığması həmin yarışa qatılmadı. Millimiz o yarışa yollansaydı, komanda hesabında Gürcüstan yox, biz birinci ola bilərdikmi?
- Avropa çempionatı Ermənistanda keçirildiyindən, məlum məsələdir ki, yığmamız ora getsəydi, bizi çox "sıxacaqdılar". Amma bu faktdır ki, boksçularımızın potensialı bir neçə çəkidə medallar, hətta çempionluq uğrunda döyüşməyə imkan verirdi. Rusiya kimi güclü yığmanın yoxluğunda şansımız daha çox idi. Son dünya çempionatında qazandığımız yüksək nəticə də göstərir ki, bəli, ədalətsizlik olmasa, boksçularımız komanda hesabında da birinci ola bilərdi.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

Facebookdan bizi izləməyi unutmayın.
X