13:29 29.06.2022 420

"Uşaqları trenajor və sair avadanlıqlarla yükləmək olmaz" - Rəhim Məhərrəmov

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Futbol dünyanın ən populyar idman növüdür. Dünya praktikası göstərir ki, peşəkar futbolda ilk addımlar adətən 5-7 yaşlarından atılır. Azyaşlı uşaqlar topla hərəkəti, qapıya zərbələri, ötürmələri, topu əlləri ilə atmağı və digər bacarıqları öyrənirlər. Bu, həm də insan orqanizminin gələcəkdə formalaşması üçün həssas bir dönəmdir. Hər bir uşağa bu yaş dövründə tibbi baxımdan ciddi nəzarət olunmalıdır. Ölkəmizdə də futbol məktəbləri və akademiyaları mövcuddur.

Bəs oradakı uşaqların sağlamlığına necə nəzarət olunmalıdır?

Fanat.Az olaraq məsələ ilə bağlı "Sabah" klubunun həkimi Rəhim Məhərrəmovla əlaqə saxladıq. 

- Rəhim müəllim, uşaq futbolunda sağlamlığın qorunması necə olmalıdır?

- Qeyd etmək istəyirəm ki, maraqlı mövzuya toxundunuz. Hazırda hərə bir uşaq futbol məktəbi yaradır. "Topum və meydançam olsun, kifayət edir" düşüncəsi ilə yanaşırlar. Bu, belə deyil. Məktəb açanların üzərinə böyük məsuliyyət düşür. Təbii ki, valideynin öz övladının futbolla məşğul olmasını niyə istəməsi də şərtdir. Bəziləri uşağın idman mühitində vaxt keçirməsini qənaətbəxş sayır, digərləri isə övladlarının peşəkar futbolçu olmasını arzulayaraq məktəbin yolunu tutur. 

Futbol yalnız sağlamlıq deyil. Burada zədələr, ciddi problemlər də olur. Uşaq futbolla məşğul olmağa başlayırsa, artıq xüsusi rejimə hazır olmalıdır. Adi oturuşa belə, fikir vermək lazımdır. Məsələn, uşaq düzgün şəkildə oturmasa, onda skolioz əmələ gələ bilər. Uşaq ildə bir dəfə müayinədən keçməlidir. Onun orqanizmində çatıb-çatmayan vitaminləri müəyyən etmək lazımdır. Hazırda bizdə bu məsələ olduqca bərbad vəziyyətdədir. Bu gün bizdə hər bir məsuliyyət yalnız valideynin üzərinə düşür. Halbuki bununla futbol məktəbi məşğul olmalıdır. 

- Zədələr zamanı istifadə edilən ağrikəsiçilər uşağın gələcəyinə necə təsir edə bilər?

- Zədələr zamanı istifadə olunan ağrıkəsicilərdən danışsaq, qeyd etməliyəm ki, belə preparatlar nəinki gələcəkdə, elə həmin anda da uşağa ciddi təsir edə bilər. Valideyin var "sən allah, uşağa nəsə vur, ayağının ağrısı kəssin, gedib oynasın", - deyir. Elə valideyin də var ki, uşağın sağlamlığını üstün tutur. Uşaq vaxtı birmənalı olaraq ağrikəsicilərdən istifadə etmək olmaz. Bu, həzm sisteminə pis təsir göstərir. Müalicə zamanı yüngül həblərdən istifadə oluna bilər. Amma yüksək tərkibli ağrıkəsicilərdən istifadə etmək qətiyyən olmaz. 

- Soyuqda açıq havada məşq edən uşaqlar qaçır, tərləyir və çox vaxt soyuq su içib xəstələnirlər. Bu kimi hallara necə nəzarət edilir? Nəzarət mexanizmi necədir? 

- Aydın məsələdir ki, soyuq havada sərin içki qəbul etmək xəstələnməyə gətirib çıxara bilər. Buna da ciddi nəzarət olmalıdır. Akademiyalarda həkim heyəti mövcuddur. Onlar suyun temperaturunu diqqətdə saxlayırlar. Amma futbol məktəblərində bu, ciddi problemə çevrilib. Məktəblərdə nəzarət bərbaddırsa, deməli, valideyin nəzarət etməlidir. 

- Süni ot örtüyünün uşaqlara mənfi təsiri də əsas mövzulardandır... UEFA-nın son model sintetik qazonunun təbii ot örtüyündən çox da fərqlənmədiyi deyilir.  Həqiqətən belədir? 

- Süni ötüyün nəinki uşağa, hamıya mənfi təsiri var. Azərbaycanda olan süni örtüklərin 80 faizi sağlamlığa birbaşa qəsddir. Bu azyaşlı futbolçu üçün gələcəkdə olduqca ciddi fəsadlar törədə bilər. Diz və oynaqlarda problemlər yaradır. Müasir süni örtüklər isə bu baxımdan əlverişlidir. Onlarda amartizasiya mövcuddur ki, bu da futbolçunun düzgün inkişafı üçün vacib amillərdəndır.

- Uşaqlarda boy və çəkiyə nəzarət olurmu? 

- Sağlamlıq üçün boy elə də ciddi önəm kəsb etmir. Çəkiyə isə ciddi nəzarət olunmalıdır. Artıq çəkisi olan uşaqlar futbol oynayanda əziyyət çəkir. Bu zaman ürək sisteminə çox güc düşür. Odur ki, yenə qeyd edim, nəzarət olunmalıdır. 

- Uşaqların fiziki yükləməsi nə dərəcədə düzgündür? Meydançada məşq edən azyaşlı trenajorda da çalışmalıdırmı? 

- 6-10 yaş arası uşaqları fiziki yükləməyin heç bir mənası yoxdur. Sümük sisteminin tam bərpa olunmadığı bir vaxtda uşağı trenajor və sair avadanlıqlarla yükləmək olmaz. 10 yaşı keçəndən sonra isə qaçış hərəkətlərini artırmaq olar. Vaxtından əvvəl yükləmələr də arzuolunmaz sonluqla nəticələnə bilər. Bunlara nəzarət etmək üçün bizə savadlı məşqçilər lazımdır. Onlar hər bir futbolçuya fərdi yanaşmalıdır. 

Emin Şəmsiyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
15:30

"Mançester Yunayted"də ten Haqı bu iki məşqçidən biri əvəz edəcək - ADLAR

15:12

"Ançelotti həmişə vaxtımın gələcəyini deyirdi" - Arda Güler

14:55

"Sabah" U-17 liqasının qalibi oldu - VİDEO

14:38

Salibadan unikal nəticə - İPL tariixndə beləsi olmamışdı

14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X