11:13 27.05.2023 1467

Şeydayev Tailanda getsə... - Bir seçimə sözardı

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

"Qarabağ"la müqavilə yeniləməyə həvəs göstərmədiyi qışdan bəri söhbət mövzusu olan Ramil Şeydayevin indiyədək fikrini dəyişməyib.

Bir neçə təklifi olan 27 yaşlı hücumçunun Tailanda - "Buriram Yunayted" klubuna üz tutmağı planlaşdırdığı isə daha real görünür. Düzdür, hazırda nə "Buriram Yunayted" Ramillə müqavilə bağladığını açıqlayıb, nə özü "anlaşmışıq" deyib, nə də "Qarabağ" onunla vidalaşıb. Ancaq hər şey buna aparır. Bəs görəsən, Azərbaycan millisinin əsas futbolçularından birinin Asiya ölkəsində top qovmağa qərar verməsi ümumi planda nə vəd edir? Ramilin seçimi doğrudurmu?

O, "Qarabağ"da indiki səviyyəsinə çatıb

Sözügedən futbolçunun "Zenit"in yetirməsi olduğu, hələ Azərbaycan yığmasına cəlb edilməmiş Rusiyanın U-17 millisi ilə Avropa çempionatının qızıl medallarını boynundan asdığı faktdır. İstər Slovakiyanın "Jilina", istər Türkiyənin "Trabzonspor", istərsə də Rusiyanın "Krılya Sovetov" və "Dinamo" (Moskva) klublarında oynadığı dönəmdə indiki səviyyəsindən uzaq olan ön xətt oyunçusu heç "Sabah"da da özünü göstərə bilməmişdi. Ölkənin ən güclüsü statusuna çoxdan sahib çıxmış "Qarabağ"dakı performansına görə, şübhəsiz, hər şeydən öncə baş məşqçi Qurban Qurbanova borcludur.  O, 2016-2018-ci illər aralığında məxsus olduğu və cəmi 1 dəfə forması ilə rəsmi matç keçirdiyi Trabzon təmsilçisində çıxış etdiyi dönəmdə "Qarabağ"a icarəyə verilmiş və ağdamlıların düşərgəsindəki ab-havanı görmək imkanı qazanmışdı. 2021-ci ildə verdiyi qərar sayəsində "dirilən", Qurbanovun oyun sisteminə uyğunlaşdırılaraq toparlanan Şeydayevin cari mövsüm ortaya qoyduğu futbol ona çəkilən böyük əziyyətin nəticəsidir. Başqa sözlə, "Qarabağ" onu ayaqda saxlayan, futbol müstəvisindən silinməsinə izn verməyən camiədir. 

Tailand çemionatı daha rəqabətli olsa belə...

Bu gün Ramilin aqibətinin necə olacağını diqqətdə saxlayan yerli futbol ictimaiyyətini düşündürən əsas məqamlardan biri də Tailand çempionatının səviyyəsidir. Heç kəsə sirr deyil ki, Tailand Avropadan qat-qat zəif Asiya futbolunda xüsusi çəkisi ilə seçilənlərdən deyil. Yəni hər şey yayılan informasiyada olduğu kimidirsə, Şeydayevə illik 1 milyon manatdan çox maaş ödəyəcək "Buriram Yunayted" idman prinsipləri prizmasından yalnız "pul sandığı" sayıla bilər. Hətta Tailand çempionatı rəqabət səviyyəsi baxımından Azərbaycan Premyer Liqasından  öndə olsa belə, bu, Şeydayevin seçiminə haqq qazandıra bilməz. Daha da konkretləşdirsək, millinin futbolçusu ən yaxşı forma yığdığı, APL-də vurduğu 22 qolla bombardirliyə çox yaxın olduğu vaxtda peşəkar karyerasını daha çox pula dəyişsə, ictimai qınaq obyektinə çevriləcək. Çempionluğu vaxtından əvvəl qazanmış "köhlən atlar"ın sıralarında Çempionlar Liqasında yeni macəralar yaşamaq, dünyanın bir nömrəli klub turnirində adından söz etdirmək əvəzinə, maddi gəliri hər şeydən üstün tutan birinin azarkeşlərin gözündən düşəcəyi zərrə qədər şübhə doğurmur. 

Millinin baş məqşçisi nə deyir?

Əlbəttə, Ramil Azərbaycan yığmasının əsas qol ümidlərindəndir. İndiyədək 52 dəfə əsas yığmanın formasını geyinən forvard 9 dəfə rəqib qapılarına yol tapıb. Hamının onun Avropanın daha rəqabətli çempionatlarından birinə üz tutacağını, ölkəsini "köhnə qitə"də həvəslə təmsil edəcəyini gözlədiyi vaxtda ortaya çıxan informasiyadan Samir Əliyev də xəbərdardır. Ölkənin ən istedadlı futbolçularından sayılan, hazırda 21 yaşadək futbolçulardan ibarət seçməni çalışdıran Əliyevin bu barədə Fanat.Az-a açıqlaması belə oldu:

"Ramil "Buriram Yunayted"lə razılığa gəlibsə, yəqin ki, düşünərək qərar verib. İnformasiya yayılandan biz də öz aramızda vəziyyəti müzakirə edirik. Əlbəttə, ortada maddi şərtlər var. Amma hazırda Tailand çempionatının hansı vəziyyətdə olduğunu bilmirik. Bu ölkəyə üz tutacaqsa, millinin oyunlarına nə dərəcədə hazır gələcəyi sual altındadır. Məncə, Avropada qalması daha yaxşı olardı. Tutaq ki, "Ferentsvaroş"da və ya hansısa İsrail klubunda oynaması millinin oyunlarına hazır gəlməsi baxımından bizə üstünlük qazandıradı. Yəni Şeydayev Tailanda 30 yaşından sonra da gedə bilərdi. İstənilən halda, bu, onun öz şəxsi seçimidir"

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
23:32

Ronaldu Brunu Fernandeşin "Əl-Nəsr"ə transferini istəyir

22:52

"Real Madrid"in 100 milyonluq təklifini geri çevirdilər

22:12

Canni İnfantino şok karbon göstəricisi ilə gündəmə gəldi

21:53

Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar bilindi

21:16

Kamilo Duran "Milan"a qarşı şou göstərdi

20:40

Azərbaycanın dörd hakimi güləş üzrə dünya çempionatına təyinat aldı

20:13

Azərbaycan futzal komandası Avropa Universitet Oyunlarında ikinci olub

19:43

Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar

19:11

Azərbaycanın U-18 basketbol millisi ilk qrup qələbəsini qazanıb

18:48

Qazax şəhərində velosiped üzrə Federasiya Kuboku keçirilib

18:07

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub - FOTOLAR

17:44

Holand Donnarummanın toyunda qonaqları belə əyləndirdi - VİDEO

17:07

Azərbaycan milliləri Minsk turnirində iştirak edəcək

16:53

Özbək futbolçu daha 5 il "Mançester Siti"də oynayacaq

16:05

David Nunyes Türkiyə yolunda - Razılığa gəlindi

15:01

"Araz-Naxçıvan"ın ev oyunlarını keçirəcəyi stadion bilindi - PFL rəsmisi açıqladı

14:31

"Kəpəz" "Araz-Naxçıvan"ın kapitanı ilə anlaşdı - VİDEO

14:00

İspaniya nəhəngi PSJ-nin oyunçusu ilə gücləndi - RƏSMİ

13:30

İlqar Nadiri bu klubu alıb Gəncəyə köçürür - AÇIQLAMA

12:58

ÇL: "Neftçi" PAOK ilə final matçına çıxır

12:20

"Qalatasaray" “Fənərbağça”nın istədiyi ulduza elçi düşdü - SON DURUM

11:50

Bakıda Avropa Cüdo Ümidləri Turniri start götürdü

11:06

Almanlar "Real Madrid"in 100 milyon avroluq təklifini geri çevirdilər

10:34

Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X