11:00 16.06.2023 736

Premyer Liqada əcnəbi-yerli müqayisəsi: "Sabah" çempion ola bilərdi 

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Azərbaycanda 2022/2023 futbol mövsümü "Qarabağ"ın növbəti - ümumilikdə 10-cu - çempionluğu, "Qəbələ"nin isə tarixində 2-ci dəfə kuboka sahib çıxması ilə yadda qaldı. Digər medalçılara gəlincə, "Sabah" "gümüş", "Neftçi" isə "bürünc" qazandı. İki həftə əvvəl başa çatan 31-ci milli çempionatı maraqlı edən daha bir neçə məqam oldu ki, budəfəki yazıda onlardan bəhs edəcəyik... 

Mayın 28-də yekunlaşan Azərbaycan çempionatı 6 mövsümdən sonra 10 komandanın işkitakı ilə baş tutdu ki, "Keşlə"nin varisi olan "Şamaxı" legionersiz çıxış etdi. Halbuki, buna qədər "Sumqayıt" eyni strategiyanı tətbiq edirdi. Bəs ümumilikdə əcnəbi futbolçular yerli oyunçularla müqayisədə Premyer Liqaya necə töhfə verib?
Qeyd edək ki, başa çatan mövsümdə 9 klub 108 legionerin xidmətindən yararlanıb.  

Sumqayıt - 15 (Alya Ture, Damian Daniçiç, Filipe Çabi, İlnur Valiev, Ouro-Nil Ture, Rifat Nurmuqamet, Stiven Pereyra, Todor Todoroski, Almir Aqanspahiç, Riçard Qadze, Dieqo Karioka, Karim Abubakar, Terrens Tisdel, Masaki Murata, Kamran Aliyev) 

Neftçi - 14 (Ataa Caber, Gilyerme Pato, İvan Brkiç, Kenni Sayef, Mamadu Mbodj, Qodsvey Donyo, Sezar Meza Kolli, Solomon Kverkveliya, Vato Arveladze, Voyislav Stankoviç, Yeqor Boqomolski, Yusuf Laval, Kilan Lebon, Mateus Saldanya)

Zirə - 14 (Dmitrios Çantaklias, Filipe Paxtman, Hamidu Keyta, Loris Broqno, Mohamed Hamdaui, Moiz Adileu, Nemanya Andelkoviç, Andriya Lukoviç, Toni Qomes, İssa Cibrila, Donald Gerye, Eldar Quliyev, İbrahim Abbas, Vladislav Kulaç)

Qarabağ - 12 (Abdullah Zubir, Julio Romao, Kadi Borqes, Kevin Medina, Ovusu Kvabena, Leandro Andrade, Luka Quqeşaşvili, Marko Vesoviç, Marko Yankoviç, Redon Cica, Adama Diakabi, Yassin Benzia)

Turan Tovuz - 12 (Ayxan Quseynov, Ben Aziz Dao, İmeda Aşortiya, Natan Oduva, Piruzi Marakvelidze, Runi Eva, Xulu Siyanda, Okebuqvu Henri, Denis Marandiçi, Belajdi Pusi, Roderik Miller, Divine Naah)

Qəbələ - 11 (Felipe Santos, Feras Abu Akal, Isnik Alimi, Kristof Assimba-Atanqana, Omar Hani, Rafael Utziq, Ramon Maçado, Ruan Renato, Yaovi Akakpo, Andrey Strijak, Əyyub Allaş)

Sabah - 10 (Abdulaye Ba, Boyan Letiç, Con İrasabal, Coy-Lens Mikels, Davit Volkov, Emmanuel Apeh, Kristian da Silva, Kristian Sebalyos, Aleksey Kaşuk, Zurab Oçiqava)

Səbail - 10 (Emil Martinov, Fakundo Kardozo, Franko Mazurek, Kizito Luvaqa, Maksim Çex, Qoba Zakpa, Qustavo de Fransa, Petro Stasiuk, David Qomis, Matiya Lyuyiç) 

Kəpəz - 10 (Abdullahi Şuaybu, Giorgi Kantariya, Mate Kvirkviya, Mixeil Erqemlidze, Yeqor Xvalko, Ahmad Ayzaya, Peyman Keşavarz, Mario Mustapiç, Salif Sisse, Martins Junior)

Şamaxı - 0 

Ramillə Musa olmasaydı...



Hesab etsək ki, bütün klublar "Şamaxı" kimi, legionersiz oynayıb, o halda yenə "Qarabağ" çempionluğu bayram edəcəkdi. Belə ki, Ağdam təmsilçisinin rəqib qapılarından keçirdiyi 91 qoldan 58-də yerli futbolçuların imzası var. Bu da təsadüfi deyil: çempionatın bombardir yarışına Qurban Qurbanovun iki yetirməsi - Ramil Şeydayev və Musa Qurbanlı başçılıq edib. "Qarabağ"ın qapısına vurulan 25 qoldan isə 10-nun müəllifi yerli oyunçu olub. 
Sırf yerli futbolçuların qol göstəricilərinə əsasən tərtib etdiyimiz turnir cədvəlində 2-ci yeri "Neftçi" tutur. Maraqlıdır ki, ilk "üçlüy"ü məhz "Şamaxı" qapayır. 

Yerli futbolçuların vurduğu qollara görə turnir cədvəli

1. Qarabağ 36 26 8 2 58-10 86
2. Neftçi 36 19 12 5 28-10 69
3. Şamaxı 36 14 13 9 26-18 55
4. Sabah 36 8 21 7 15-14 45
5. Zirə 36 8 18 10 16-20 42
6. Qəbələ 36 8 16 12 12-20 40
7. Turan Tovuz 36 7 19 10 8-16 40
8. Sumqayıt 36 6 15 15 10-29 33
9. Səbail 36 6 14 16 13-29 32
10. Kəpəz 36 3 14 19 9-29 23

..."Sabah" çempion olardı

Azarkeşlər 2022/2023 mövsümündə legionerlərin ifasında vurulan 262 qola şahidlik ediblər ki, bu mövsüm tarixi uğura imza atan, çempionatın gümüş mükafatına sahib çıxmaqla bərabər Konfrans Liqasına vəsiqə əldə edən "Sabah"ın legionerlərinin keyfiyyəti göz önündədir. Masazır təmsilçisinin əcnəbilər məhsuldarlığına digərlərini aşkar üstələyib - 59. Hətta "Qarabağ"ın yerliləri də məhsuldarlığına görə "Sabah"ın legionerlərindən geri qalıb. "Sabah"ı 2-ci yerdə "Neftçi" təqib edir. Sırf legionerlərin vurub-buraxdığı qollara əsasən tərtib etdiyimiz turnir cədvəlində ilk "3-lüy"ü "Qarabağ" qapayır. Maraqlıdır ki, "Qəbələ" və "Zirə"də əcnəbilərin qol göstəriciləri ümumi turnir mövqeyi ilə eynilik təşkil edib. Həm bu halda,  həm də ümumi turnir cədvəlində "Qəbələ" 4-cü, "Zirə" 5-ci pillədə yer alır. Halbuki, "Zirə"nin yerliləri komandaya daha çox faydalı olublar.     

Legionerlərin vurduğu qollara görə turnir cədvəli

1. Sabah 36 26 8 2 59-10 86
2. Neftçi 36 17 11 8 33-25 62
3. Qarabağ 36 16 12 8 27-15 60
4. Qəbələ 36 15 13 8 32-24 58
5. Zirə 36 11 14 11 26-25 47
6. Turan Tovuz 36 11 10 15 28-31 43
7. Kəpəz 36 11 9 16 24-32 42
8. Səbail 36 9 11 16 19-31 38
9. Sumqayıt 36 7 13 16 14-40 34
10. Şamaxı 36 0 13 23 0-29 13    

Ümumi cədvəl

1. Qarabağ 36 28 6 2 91-25 90
2. Sabah 36 25 6 5 75-24 81
3. Neftçi 36 20 8 8 63-38 68
4. Qəbələ 36 13 11 12 47-47 50
5. Zirə 36 13 11 12 45-46 50
6. Turan Tovuz 36 10 9 17 36-49 39
7. Sumqayıt 36 8 7 21 26-70 31
8. Kəpəz 36 6 13 17 34-62 31
9. Səbail 36 7 8 21 32-62 29
10. Şamaxı 36 4 13 19 26-52 25

Gəlmə və yerli oyunçuların intizamına da toxunmaq istərdik. 
Premyer Liqada mövsüm ərzində hakimlər 726 sarı vərəqədən istifadə ediblər. Bundan başqa, 40 dəfə cibdən çıxan vərəqənin rəngi qırmızı olub. Sarı vərəqələrin sıralamasına görə,  lider “Qəbələ”dir – 87 xəbərdarlıq. Liqanı sonuncu pillədə bitirən “Şamaxı” isə ən intizamlı komandadır. Cavid Hüseynov-Vüqar Əsgərli məşqçi tandeminin başçılıq etdiyi kollektiv mövsüm ərzində cəmi 59 dəfə sarı və 2 dəfə qırmızı vərəqə ilə cəzalanıblar. "Şamaxı"dan sonra ən az vərəqə alan komanda "Qarabağ"dır. Vurğulayaq ki, Ağdam təmsilçisində meydandan qovulan futbolçu olmayıb.  


726 sarı vərəqədən 326-sı əcnəbilərin, 400-ü yerlilərin payına düşür. Elə "qırmızı"lara görə də özümüzünkülər "fərqləniblər" - 24-16. Baxmayaraq ki, xəbərdarlıqlara görə siyahıya əcnəbilər başçılıq edir. "Qəbələ"dən Feras Abu Akal ilə “Kəpəz”in oyunçusu Giorgi Kantariya ən çox sarı vərəqə alan oyunçulardır – 13. Ümumiyyətlə, ilk "4-lüy"ü legionerlər zəbt edir. "Sabah"ın 3 futbolçusunun - Elvin Camalov, Aleksey İsayev və Amin Seydiyevin, eləcə də "Səbail"dən Elmir Tağıyevin hesabında isə 10 "sarı" var.  

Vərəqə statistikası

“QARABAĞ”

SARI VƏRƏQƏ – 60

LEGİONERLƏR - 27

10 – Julio Romao 
6 – Kevin Medina 
3 – Marko Veşoviç 
2 – Kadi Borqes 
2 – Abdullah Zubir
1 – Marko Yankoviç 
1 – Kvabena Ovusu
1 – Adama Diakabi 
1 – Luka Quqeşaşvili 

YERLİLƏR - 33

5 – Bəhlul Mustafazadə 
5 – Elvin Cəfərquliyev 
4 – Rahil Məmmədov 
4 – Musa Qurbanlı 
4 – Riçard Almeyda 
3 – Şahruddin Məhəmmədəliyev 
2 – Qara Qarayev 
2 – Maksim Medvedev 
1 – Toral Bayramov
1 – Filip Ozobiç
1 – Bədavi Hüseynov
1 – Ramil Şeydayev 

QIRMIZI VƏRƏQƏ – 0

“SABAH”

SARI VƏRƏQƏ – 80

LEGİONERLƏR - 31

7 – Boyan Letiç 
7 – Abdulaye Ba 
4 – Kristian Sebalyos 
3 – Coy Lens Mikels 
3 – Emmanuel Apeh 
3 – Davit Volkov 
3 – Con İrasabal 
1 – Aleksey Kaşuk 

YERLİLƏR - 49

10 – Elvin Camalov 
10 – Aleksey İsayev 
10 – Amin Seydiyev 
4 – Ceyhun Nuriyev 
4 – Anatoli Nuriyev 
3 – Tellur Mütəllimov 
3 – Namiq Ələskərov 
2 – Bəxtiyar Həsənalızadə 
1 – İldar Alekperov 
1 – Abdullah Xaybulayev 
1 – Seymur Məmmədov 

QIRMIZI VƏRƏQƏ – 6

LEGİONERLƏR - 4

2 – Con İrasabal (21-ci tur - 1 oyun cəza / 29-cu tur - 1 oyun cəza)
1 – Abdulaye Ba (6-cı tur, 2-ci sarı - 1 oyun cəza)
1 – Kristian Sebalyos (16-cı tur - 2 oyun cəza)

YERLİLƏR - 2

1 – Ceyhun Nuriyev (17-ci tur - 4 oyun cəza, 2-si şərti)
1 – Anatoli Nuriyev (25-ci tur, 2 sarı - 1 oyun cəza)

“NEFTÇİ”

SARI VƏRƏQƏ – 74

LEGİONERLƏR - 42

8 – Kenni Sayef 
7 – Ataa Caber 
5 – Voyislav Stankoviç 
4 – Vato Arveladze 
3 – Solomon Kverkveliya
3 – Mateus Saldanya 
3 – Kilan Lebon 
2 – Mamadu Mbodj 
2 – Yeqor Boqomolski 
1 – Qodsvey Donyo 
1 – Gilyerme Pato 
1 – İvan Brkiç 
1 – Sezar Meza Kolli 
1 – Yusuf Laval 

YERLİLƏR - 32

9 – Eddi İsrafilov 
5 – Fərid Yusifli 
3 – Emin Mahmudov 
3 – Ömər Buludov 
3 – Mert Çelik 
2 – Aqil Məmmədov 
2 – Rəhman Hacıyev 
2 – Azər Əliyev 
2 – Höccət Haqverdi 
1 – Azər Salahlı 

QIRMIZI VƏRƏQƏ – 2

LEGİONERLƏR - 1

1 – Voyislav Stankoviç (32-ci tur - 2 oyun cəza)

YERLİLƏR - 1

1 – İsmayıl Zülfüqarlı (11-ci tur - 2 oyun cəza)

“QƏBƏLƏ”

SARI VƏRƏQƏ – 87

LEGİONERLƏR - 49

13 – Feras Abu Akal 
10 – Ruan Renato 
9 – İsnik Alimi 
7 – Felipe Santos
4 – Omar Hani 
3 – Rafael Utziq 
2 – Ramon Maçado 
1 – Andrey Strijak 

YERLİLƏR - 38

8 – İlkin Qırtımov 
7 – Məqsəd İsayev 
6 – Emil Səfərov 
4 – Murad Musayev 
3 – Səlahət Ağayev 
3 – Ürfan Abbasov 
2 – Asif Məmmədov 
2 – Rauf Rüstəmli
2 – Rövlan Muradov 
1 – Hüseyn Mürsəlov 

QIRMIZI VƏRƏQƏ – 3

LEGİONERLƏR - 1

1 – Ruan Renato (20-ci tur, 2 sarı - 1 oyun cəza)

YERLİLƏR - 2

1 – İlkin Qırtımov (9-cu tur - 2 oyun cəza)
1 – Ürfan Abbasov (34-cü tur, 2 sarı - 1 oyun cəza)

“ZİRƏ”

SARI VƏRƏQƏ – 64

LEGİONERLƏR - 32

6 – Dmitrios Çantakias 
4 – Andriya Lukoviç 
4 – Moiz Adileu 
4 – Hamidu Keyta 
2 – Nemanya Andelkoviç 
2 – Mohamed Hamdaui 
2 – Toni Qomes 
2 – Abbas İbrahim 
1 – Filipe Paxtman 
1 – Loris Broqno 
1 – Donald Gerye 
1 – İssa Cibrila 
1 – Vladislav Kulaç 
1 – Eldar Quliyev 

YERLİLƏR - 32

8 – Hacıağa Hacılı 
5 – Sertan Taşkın 
5 – Qismət Alıyev 
4 – Təmkin Xəlilzadə 
3 – Anar Nəzirov 
2 – Rüstəm Əhmədzadə 
1 – Ramin Əhmədov 
1 – Slavik Alxasov 
1 – Mehdi Cənnətov 
1 – Ruslan Abışov 
1 – Rəhim Sadıxov 

QIRMIZI VƏRƏQƏ – 5

LEGİONERLƏR - 3

1 – Dmitrios Çantakias (1-ci tur - 1 oyun cəza)
1 – Nemanya Andelkoviç (18-ci tur - 1 oyun cəza)
1 – Donald Gerye (20-ci tur, 2 sarı - 1 oyun cəza)

YERLİLƏR - 2

2 – Coşqun Diniyev (10-cu tur, 2 sarı - 1 oyun cəza / 18-ci tur - 2 oyun cəza)

”TURAN TOVUZ”

SARI VƏRƏQƏ – 71

LEGİONERLƏR - 34

6 – Okebuqvu Henri 
6 – Piruzi Marakvelidze 
5 – Natan Oduva 
4 – Roderik Miller
4 – Denis Marandiçi
3 – Xulu Siyanda 
3 – Belajdi Pusi 
2 – Runi Eva 
1 – Ayxan Quseynov 

YERLİLƏR - 37

6 – Şəhriyar Əliyev 
5 – Eltun Turabov 
4 – Sadiq Quliyev 
4 – Xəyal Nəcəfov
3 – Şakir Seyidov 
3 – Turan Vəlizadə
2 – Tərlan Əhmədli
2 – Veysəl Rzayev 
2 – Ehtiram Şahverdiyev 
2 – Faiq Hacıyev 
1 – Vüsal Məsimov 
1 – Səbayıl Bağırov
1 – Tərlan Quliyev 
1 – Kamal Bayramov 

QIRMIZI VƏRƏQƏ – 4

LEGİONERLƏR - 2

2 – Piruzi Marakvelidze (1-ci tur – 2 oyun cəza / 30-cu tur - 1 oyun cəza)

YERLİLƏR - 2

1 – Şakir Seyidov (7-ci tur – 2 oyun cəza)
1 – Tərlan Quliyev (30-cu tur - 2 oyun cəza)

“SUMQAYIT”

SARI VƏRƏQƏ – 78

LEGİONERLƏR - 32

11 – Stiven Pereyra 
7 – Todor Todoroski
3 – Masaki Murata
2 – Rifat Nurmuqamet 
2 – Damian Daniçiç
1 – Alya Ture 
1 – Riçard Qadze
1 – Karim Abubakar 
1 – Terrens Tisdel 
1 – Dieqo Karioka 
1 – İlnur Valiev 
1 – Kamran Aliev 

YERLİLƏR - 46

8 – Vüqar Mustafayev 
7 – Səbuhi Abdullazadə 
6 – Vüsal İsgəndərli 
4 – Elvin Bədəlov 
4 – Vurğun Hüseynov 
3 – Rüfət Abdullazadə 
3 – Aydın Bayramov
3 – Süleyman Əhmədov 
3 – Murad Xaçayev
2 – Ayxan Süleymanlı
1 – Araz Abdullayev 
1 – İbrahim Əliyev 
1 – Vüqar Bəybalayev

QIRMIZI VƏRƏQƏ – 2

YERLİLƏR - 2

2 – Vüqar Mustafayev (16-cı tur, 2 sarı - 1 oyun cəza / 28-ci tur – 2 oyun cəza)

“KƏPƏZ”

SARI VƏRƏQƏ – 79

LEGİONERLƏR - 46

13 – Giorgi Kantariya 
11 – Ahmed Ayzaya 
9 – Mate Kvırkviya 
8 – Yeqor Xvalko 
3 – Abdullahi Şuaybu 
1 – Martins Junior
1 – Mario Mustapiç 

YERLİLƏR - 33

6 – Yusif Nəbiyev 
5 – Zamiq Əliyev 
3 – Tural Axundov 
3 – Fərid Nəbiyev 
3 – Elçin Əlicanov 
2 – Peyman Keşavarzi 
2 – Əli Səmədov 
2 – Mixeili Erqemlidze 
2 – Samir Məhərrəmli
1 – Əfran İsmayılov 
1 – Tural Rzayev 
1 – Nicat Süleymanov 
1 – İdris İnqilablı 
1 – Orxan Sadıqlı 

QIRMIZI VƏRƏQƏ – 9

LEGİONERLƏR - 3

1 – Giorgi Kantariya (18-ci tur, 2 sarı 1 oyun cəza)
1 – Mixeil Erqemlidze (18-ci tur, 2 sarı - 1 oyun cəza)
1 – Abdullahi Şuaybu (25-ci tur - 2 oyun cəza)

YERLİLƏR - 6

1 – Rauf Əliyev (4-cü tur - 5 oyun cəza) 
1 – Tural Axundov (4-cü tur, 2 sarı - 1 oyun cəza)
1 – Tural Rzayev (5-ci tur - 2 oyun cəza)
1 – Zamiq Əliyev (10-cu tur - 4 oyun cəza)
1 – Elçin Əlicanov (18-ci tur - 1 oyun cəza)
1 – Orxan Sadıqlı (22-ci tur - 2 oyun cəza)

“SƏBAİL”

SARI VƏRƏQƏ – 74

LEGİONERLƏR - 33

8 – Qustavo de Fransa 
5 – Maksim Çex 
4 – Qoba Zapka
4 – Emil Martinov 
3 – Petro Stasyuk 
3 – Matiya Lyuyiç
2 – Franko Mazurek 
2 – Kizito Luvaqa 
1 – Fakundo Kardozo 
1 – David Qomis 

YERLİLƏR - 41

10 – Elmir Tağıyev 
5 – Ağabala Ramazanov 
4 – Adil Nağıyev 
4 – Turan Manafov
3 – Cabir Əmirli 
2 – Emin Zamanov 
2 – Nihad Qurbanlı
2 – Ruslan Hacıyev 
2 – Samir Abdullayev
2 – Vüqar Həsənov 
2 – İlkin Muradov 
2 – Emil Balayev 
1 – Rafael Məhərrəmli

QIRMIZI VƏRƏQƏ – 7

LEGİONERLƏR - 2

2 – Qustavo de Fransa (8-ci tur, 2 sarı - 1 oyun cəza / 25-ci tur - 1 oyun cəza)

YERLİLƏR - 5

2 – Tural Bayramlı (6-cı tur, 2 sarı - 1 oyun cəza / 11-ci tur – 2 oyun cəza) 
1 – Nihad Qurbanlı (12-ci tur – 1 oyun cəza)
1 – Rahid Əmirquliyev (21-ci tur, 2 sarı - 1 oyun cəza)
1 – Elmir Tağıyev (36-cı tur - 4 oyun cəza)

”ŞAMAXI”

SARI VƏRƏQƏ – 59

YERLİLƏR - 59

7 – Rauf Hüseynli 
5 – Adil Nağıyev 
5 – Elvin Məmmədov 
4 – Elçin Rəhimli 
4 – Bahadur Həziyev 
4 – Rəhman Daşdəmirov 
3 – Emin Zamanov 
3 – Nihad Quliyev 
3 – Əli Səmədov 
3 – Qurban Səfərov 
3 – Elçin Mustafayev 
3 – Cəlal Hüseynov 
3 – Amil Yunanov 
3 – Arsen Ağcabəyov 
2 – Kamal Mirzəyev 
2 – Rəşad Əzizli 
1 – Ramin Əhmədov 
1 – Bəhruz Teymurov
1 – Rövşən Şahmuradov 
1 – Kamran Quliyev
1 – Emil Qasımov 
1 – Zahid Mərdanov 
1 – Əkpər Vəliyev 

QIRMIZI VƏRƏQƏ – 2

YERLİLƏR - 2

1 – Rauf Hüseynli (7-ci tur, 2 sarı - 1 oyun cəza)
1 – Elçin Mustafayev (16-cı tur - 2 oyun cəza)

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

27 Aprel 2024
19:56

MPL: "Sabah" "Səbail"i inamla yendi

19:36

Elcan da Avropa çempionu oldu

18:47

Azərbaycan cüdoçusu AÇ-nin finalında

18:07

Azərbaycan taekvandoçularından daha 1 medal

17:50

"Barselona" Kanselu və Felikslə bağlı son qərarını verdi - Biri klubuna qayıdacaq

16:47

"Raşford bilirdi ki, problemlərin səbəbi onun oynadığı futboldur"

16:22

AÇ: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəldi

15:55

Azərbaycan millisi 5 medalla 3-cü oldu

15:39

"Qalatasaray"ın prezidenti postu uğrunda mübarizə aparacaqmı? - Özü açıqladı

15:14

"Milan" Piolini ispan mütəxəssislə əvəzləyir

14:49

"Qaradağ Lökbatan"ın U-17 komandasına danışılmış oyunlarla bağlı seminar keçildi

14:27

Yamalın agenti onu 200 milyona almaq istəyən PSJ-nin rəsmiləri ilə görüşdü

13:58

Azərbaycan taekvandoçuları Tallində 6 medal qazandılar

13:28

Ançelotti son nöqtəni qoydu - Arda Gülər növbəti mövsümə harada başlayacaq?

13:03

"Komanda sayının artırılmasının tərəfdarıyam, amma... - Bəxtiyar Musayev

12:26

MPL: 32-ci turun təyinatları bilindi

11:56

"Baku Sportinq"in yeni stadionu belədir - FOTOLAR

11:24

Antonio Kontenin yeni iş yeri bilindi - 3 illik műqavilə

10:06

FİFA prezidenti "Qarabağ"ı təbrik etdi

09:55

"Traktor" 1/4 finalda

09:20

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

01:25

Arda Gülər "Real"a qələbə qazandırdı

26 Aprel 2024
22:27

"Liverpul" 48 saat ərzində  baş məşqçisinin adını açıqlayacaq

20:20

Qarsiya "Barselona"ya dönəcək? - "Jirona" qərarını verdi

19:33

"Bayern"in azarkeşlərindən rəhbərliyə etiraz - Tuxelə görə

18:45

İspaniyada qalmaqal: Hökümət futbol federasiyasını nəzarətə götürdü

18:21

"O, yaxşı məşqçidir" - Klopp potensial xələfindən danışdı

17:52

"Barselona" bu futbolçusunu yayda satacaq 

17:25

"O, İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusudur" - Fil Foden

17:01

Azərbaycan millisinin üzvü medal qazandı

16:43

Azərbaycan Kuboku: Finalın nominal meydan sahibi bilindi

16:24

"Sabah" "Səbail"lə oyuna neçə itki ilə çıxacaq?

16:04

"Klublar legioner transferində yanlışlığa yol verirlər" - Bəxtiyar Musayev

15:42

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

15:23

Rusiya futbolunda böyük qalmaqal - "Soçi"ni Çeçenistanda zəhərləyiblər?

15:06

"Səbail"in iki futbolçusu "Sabah"a qarşı oynamayacaq

14:45

"O, çox pis oynayır, "Liverpul" yayda yeni müdafiəçi almalıdır"

14:27

Taşuyev yenə getdi - Bu dəfə qovmadılar

14:09

PSJ Fransada yeni rekorda imza atdı - 18 ildən sonra

13:50

"İki ay əvvəl hər şey xarabalığı xatırladırdı" - Rüdiger

Facebookdan bizi izləməyi unutmayın.
X