10:15 30.06.2023 2623

Təmsilçilərimizdən avrokuboklarda nə gözləyək? - Biri gecikir, o birində "yarpaq tökümü"

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Azərbaycanı bu yay avrokuboklarda təmsil edəcək klubların ürəkaçan nəticələr qazanması bütün yerli futbolsevərlərin arzusudur. Əlbəttə, ölkə təmsilçilərinin nəyə qadir olduğu məhz Avropa səhnəsində bilinir. Son mövsümün yekunlarına əsasən, finişə hamıdan öndə çatan "Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaqsa, "Sabah", "Neftçi" və "Qəbələ" güclərini Konfrans Liqasında sınayacaqlar. Şübhəsiz, artıq rəqiblərin də adları bəllidir və təmsilçilərimizin real bacarığını qısa müddətdən sonra iş başında görmək imkanımız olacaq. Bu gün üçün yalnız mövcud vəziyyətə nəzərən şansları dəyərləndirə və hansı Azərbaycan klubunun Avropa macərasına nə dərəcədə hazır olduğunu müzakirə edə bilərik.

"Qarabağ" zəifləsə də...

Ölkənin ən böyük Avropa təcrübəsinə malik komandasının heyət baxımından ötənilkindən zəif olması qəbuledilən həqiqətdir. 2022-ci ilin yayında Kadili, Ovusu Kvabenalı, Ramil Şeydayevli ağdamlılardan yüksək performans umurduqsa, hazırda adıçəkilən futbolçuların heç biri heyətdə deyil. Kadi qışda "Krasnodar"a, Ovusu "Ferentsvaroş"a satılıb. "Köhlən atlar"la müqaviləsinin müddəti başa çatan Ramil Şeydayevə gəlincə, millinin forvardı "Qarabağ"da qazandığından 3-4 dəfə üstün maaş fonunda karyerasını Tailand çempionatında davam etdirməyə qərar verib. Düzdür, baş məşqçi Qurban Qurbanovun sərəncamında Yassin Benzia, Adama Diakabi kimi mövsümün ikinci yarısında alınan əcnəbilər, eləcə də bu yay heyətə cəlb edilmiş Hamidu Keyta və Juninyo var. Ancaq məhz Kadi-Ovusu-Şeydayev "üçlüy"ünün qitəmiqyaslı turnirlərdə gördüyü işi xatırlasaq, əlavə şərhə yer qalmaz. Pis olan budur ki, nə Diakabi oyunu ilə azarkeşlərin ürəyində taxt qura bilib, nə də Benzia. Ən yenilərdən danışsaq, "Zirə"dən tanıdığımız Keytanı orta səviyyəli legioner saymaq mümkündürsə, Portuqaliyanın "Çaves" klubundan gələn Juninyo necə deyərlər, hələ kəsilməmiş qarpız kimidir.

Ağdam komandasının ÇL-dəki ilk rəqibi Cəbəllüttariq çempionu "Linkoln"dur. Təbii, "kor püşk" "Qarabağ"ın qarşısına yetərincə münasib komanda çıxarıb. Yəni Qurbanovun yetirmələri favoriti olduğu qarşılaşmalarda sürprizə imkan verməməli, bu turnirdəki ikinci duelə qədər oyun planında "artırmalıdır".  Azərbaycan çempionu "Linkoln"u keçsə, "Flora" (Estoniya) - "Rakuv" (Polşa) cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək. İkinci təsnifat mərhələsinin ilk görüşlərinin 25-26 iyulda, cavab qarşılaşmalarının isə 1-2 avqustda keçiriləyi bəllidir. Deməli, artıq Avstriyada hazırlığa başlayan və sınaq qarşılaşmalarında çatışmazlıqları aradan qaldırmaqla məşğul olan ağdamlıların zamanla bağlı problemi yoxdur. Ümid edək ki, "Qarabağ" bu mövsüm də ən azı Avropa Liqasının qrupunda mübarizə aparacaq.

Gələnlər: Hamidu Keyta ("Zirə"), Juninyo ("Çaves")
Gedənlər: Ramil Şeydayev, Filip Ozobiç, İsmayıl İbrahimli
Müqavilə müddətini artıranlar: Maksim Medvedev

Debütant "Sabah"ın da şansı az deyil

Tarixində ilk dəfə avrokuboklarda iştirak edən "Sabah"ın son mövsümdə ortaya qoyduğu futbol istənilən halda, nikbinliyə əsas verir. Masazır təmsilçisinin yetərincə rəqabətədavamlı heyəti və Murad Musayev kimi bacarıqlı baş məşqçisi var. "Bayquşlar" KL-in 2-ci təsnifat mərhələsində “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Məntiqlə, bu rəqiblər "Sabah"dan üstün deyil və onları mübarizədən kənarlaşdırmaq üçün təmsilçimizin özünün ən yaxşı oyununu sərgiləməsi kifayət edəcək. Bakı klubunun transfer bazarındakı fəallığı da diqqətdən yayına bilməz. Öncə son mövsümü "Şamaxı"da keçirən 23 yaşlı müdafiəçi Rəhman Daşdəmirovu  rənglərinə bağlayan "Sabah" artıq iki legionerlə də güclənib. Həm Mərakeşin əsas yığmasında 4 oyun keçirmiş müdafiəçi Çakla, həm də karyerası ərzində Niderlanddan kənarda oynamayan vinger Marqarita komandanın çalışdırıcısı Musayevin bir müddət öncədən diqqətdə saxladığı oyunçulardır. Ötən mövsümün bəzəyi sayılan ukraynalının - Aleksey Kaşukun Donetsk "Şaxtyor"undan yenidən icarəyə götürülməsi isə "Sabah"ın debüt mövsümündə üzləri güldürmək şansını daha da artırar. "Şaxtyor"un tələb etdiyi pulla "bayquşlar"ın büdcəsi üst-üstə düşməsə belə, bu futbolçunun indiyədək başqa kluba satılmaması və icarəyə verilməməsi faktdır.

Gələnlər: Rəhman Daşdəmirov ("Şamaxı"), Sofian Çakla, Jarl Marqarita
Gedənlər: Zurab Oçiqava
Müqavilə müddətini artıranlar: yoxdur

"Neftçi" gecikir

Son mövsümü turnir cədvəlinin üçüncü pilləsində tamamlayan "Neftçi"nin bu nəticəsi təbii ki, azarkeşlərinin ürəyincə ola bilməz. "Ağ-qaralar"ın Azərbaycan Kubokunun finalında büdcəsi özündən az olan "Qəbələ"yə məğlubiyyəti isə rumın çalışdırıcı Laurentsiu Regekampfın vaxtından əvvəl istefaya göndərilməsini şərtləndirən əsas amil oldu. PARI Premyer Kubokunda - yoldaşlıq turnirində iştirak etmək üçün dünən Rusiyaya yollanan "xalq komandası"nın hələ də baş məşqçisi yoxdur. Paytaxt klubunun avrokubokdakı birinci duelinə bir aydan bir qədər az vaxt qalsa belə, çalışdırıcı təyinatının ləngiməsi yaxşı nəsə vəd etmir. Yeni mütəxəssis gəlməli, komandanın oyun üslubu ilə tanış olmalı, heyəti formalaşdırmalı, o vaxtadək kimliyi dəqiqləşəcək rəqibi təhlil etməlidir. Bu, 10-15 gündə öhdəsindən gəlinəcək iş deyil.

KL-in 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək Bakı təmsilçisi ilk oyununu iyulun 27-də rəqib meydanında, cavab matçını isə avqustun 3-də “Bakcell Arena”da keçirəcək. Doğrudur, bu komandaları üstələmək mümkünsüz missiya deyil. Ancaq istəmədiyi futbolçuları yola salan və yalnız "Səbail"dən ayrlan qapıçı Emil Balayevi sıralarına cəlb edən "Neftçi"nin indilik ciddi duellərə hazır görünməməsi faktdır. Yaxın bir həftədə baş məşqçi məsələsinə aydınlıq gəlməsə, vəziyyət bir qədər də mürəkkəbləşəcək.

Gələnlər: Emil Balayev
Gedənlər: Laurentsiu Regekampf (baş məşqçi), Sezar Meza Kolli, Vato Arveladze, Mert Çelik 
Müqavilə müddətini artıranlar: İvan Brkiç

O "Qəbələ" qalsaydı...

Azərbaycan Kubokunun son qalibi olan və çempionatı 4-cü yerdə başa vuran "qırmızı-qaralar"ı çəkinmədən boyundan yuxarı tullanmış komanda adlandıra bilərik. Elmar Baxşıyevin rəhbərliyi altında sabit və maraqlı futbol sərgiləyən kollektivin 2022/2023 mövsümünü titulla başa vurması ədalətli mənzərə idi. KL-in 2-ci təsnifat mərhələsində qismətinə Kipr "Omoniya"sı düşən bölgə komandasının heyətini qoruya bilməməsi isə bədbin notlara meydan verir. Gedənlərin siyahısını yada salsaq, "Kəpəz"dən ayrılan Ahmed Ayzayanın və "Sabah"la vidalaşan Zurab Oçiqavanın həyətə qatılması müəyyən təsəlli statusu daşıyır. Düzdür, klubun yeni müqavilə təklifi ilə razılaşmayanların hər birinin "Qəbələ"nin uğurunda payı var, amma komandanın "onurğasını" təşkil edən müdafiəçi Ruan Renato ilə yarımmüdafiəçi İsnik Aliminin itirilməsi xüsusi şəkildə qabardılmalıdır. Aydın məsələdir ki, Baxşıyevin "üçyarpaqlar"ın önünə son mövsümdəki heyəti çıxarmaq imkanı olsaydı, şanslar ən pis halda, bərabər sayılardı. Təssüf ki, bu gün üçün adalıların növbəti mərhələyə adlamaq imkanları daha çoxdur. Ancaq bu o demək deyil ki, qəbələlilər "silahı yerə qoymalı", indidən vəziyyətlə barışmalıdır. İyulun 27-də Kipr klubunu qəbul edəcək bölgə təmsilçisi o vaxtadək həm heyətini zənginləşdirə, həm də öz meydanında mümkün olanın ən yaxşısını etməyin yollarını tapa bilər. 

Gələnlər: Ahmed Ayzaya ("Kəpəz"), Zurab Oçiqava ("Sabah")
Gedənlər: Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijak, Felipe Santos, Rövlan Muradov, İsnik Alimi, Ruan Renato
Müqavilə müddətini artıranlar: Elmar Baxşıyev (baş məşqçi), İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev, Emil Səfərov, Kristof Atanqana, Ülvi İsgəndərov, Omar Hani

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
21:16

KL: "Dinamo Minsk" hesabda önə keçir - YENİLƏNİR

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

Facebookdan bizi izləməyi unutmayın.
X