Azərbaycanın qadın güləşçisi Gültəkin Şirinova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə polşalı Nataliya Valçak ilə üz-üzə gəlib. Rəqibinə cəmi 1 dəqiqə 10 saniyə ərzində tam üstünlüklə (10:0) qalib gələn Şirinova bürünc mükafata sahib çıxıb.
Bu, Azərbaycan qadın güləşçilərinin yarışda ilk medalı olub.
Qeyd edək ki, ilk üç gündə mübarizə aparan sərbəst güləş millimiz mundialı 2 qızıl, 1 gümüş medalla başa vurub.