"Barselona"nın baş məşqçisi Xavi komandanın polşalı hücumçusu Robert Levandovski barədə danışıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 42 yaşlı çalışdırıcı La Liqanın ilk 4 turunda 5 qola imza atan forvardı tərifləyib:
“Söhbət yalnız qollardan getmir. Robertin verdiyi ötürmələr, matçın tempini idarə etməsi, meydanda vacib qərarlar qəbul etməsi də vurğulanmalıdır. Levandovski fantastik, liderlik keyfiyyətlərinə malik oyunçudur. Olduqca təvazökardır və hər kəsə kömək edir. Onun komandada olması əladır”.
Qeyd edək ki, Levandovski "Barselona"ya bu yay "Bayern Münhen"dən transfer olunub.
Nihat