Birləşmiş Ərəb Əmirliklərində şahmat üzrə “Dubay Open” turnirinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Məhəmməd Muradlı yarışın sonuncu - IX turunda banqladeşli Ziaur Rahmanla qarşılaşıb. Qara fiqurlarla oynayan 19 yaşlı qrossmeyster rəqibinə məğlub olub.
Aydın Süleymanlı isə "qaralar"la ABŞ şahmatçısı ilə heç-heçəyə razılaşıb.
Beləliklə, 5,5 xal toplayan Məhəmməd Muradlı turniri 35-ci pillədə tamamlayıb. Ondan 0,5 xal az hasil edən Aydın Süleymanlı isə 56-cı yeri tutub.
Qalib 7,5 xalla hindistanlı Aravind Çitambaram olub.
Qeyd edək ki, yarışda 150 şahmatçı iştirak edib.