Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Grand Chess Tour" seriyasında səkkizinci olub.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster qatıldığı dörd mərhələdə toplam 12,5 xal yığıb.
Məmmədyarov həmçinin 46 750 dollar pul mükafatı qazanıb.
Ümumi hesabda İran əsilli Fransa şahmatçısı Alireza Firuzca 36,5 xalla birinci olub. 19 yaşlı qrossmeyster ümumilikdə 172 250 dollar mükafata sahib çıxıb.
Uesli So (ABŞ) 30 xalla ikinci, Maksim Vaşye-Laqrav (Fransa) 29 xalla üçüncü yeri tutub.
Xatırladaq ki, Məmmədyarov seriyanın sonuncu mərhələsində - "Sinquefield Cup" turnirində səkkizinci olub.